5 saylı Şəhər Klinik Xəstəxanasında vaksinasiya uğurla davam etdirilir
24.01.2021 11:12

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na müvafiq olaraq, ölkəmizdə vaksinasiya prosesinin birinci mərhələsinə start verilib.

 

Bakı şəhər 5 saylı Klinik Xəstəxananın əməkdaşlarının da COVID-19 infeksiyasına qarşı peyvənd olunması uğurla davam etdirilir. 

 

İlk olaraq xəstəxananın baş həkimi Fazil Alməmmədov və digər rəhbər şəxslər peyvənd olunublar.

 

Vaksinasiya prosesi bu sahədəki mövcud qaydalara ciddi riayət olunmaqla aparılır. Peyvəndin ikinci dozası 21 gündən sonra tətbiq ediləcək.

 

Qeyd edək ki, təhlükəsizliyinə və effektivliyinə görə seçilən “CoronaVac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan sakinlərə - səhiyyə işçilərinə, yaşı 65-dən yuxarı olan şəxslərə və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb edilmiş heyətə könüllülük əsasında vurulur.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb