Milli Oftalmologiya Mərkəzinın əməkdaşları peyvənd olunublar
23.01.2021 21:23

Ötən həftənin əvvəlindən etibarən Azərbaycanda koronavirus  əleyhinə vaksinasiyaya start verilib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Mərkəzin Masallı regional filialının əməkdaşları peyvənd olunublar.

 

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat və təşkilati metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva bildirib ki, mərkəzin və filialın əməkdaşları virusa qarşı immun sistemini gücləndirmək üçün bu aksiyada könüllü iştirak edib. Peyvənd olunan əməkdaşlarda hər hansı mənfi təsir aşkar olunmayıb.

 

Onun sözlərinə görə, aksiyanın davamı kimi vaksinasiya prosesi Milli Oftalmologiya Mərkəzinin digər regional filiallarında da davam etdiriləcək.

 

"Azərbaycanda əhalinin vaksinasiya olunması üçün istifadə olunan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” peyvəndi ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb. Vaksin klinik sınaqlardan keçirilib, çox təsirlidir və mənfi təsirləri yoxdur. Bu insanlara gözəl nümunə və çağırışdır. Bu prosesə qoşulmaq pandemiya ilə mübarizədə əsas prioritetlərdən biridir. Hər kəsi sağlamlıqları üçün vaksinasiyaya qoşulmağa dəvət edirik”,- deyə Yazgül Abdıyeva çağırış edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib