Görməni bərpa edən süni implant - Oftalmologiya tarixində yeni mərhələ
23.01.2021 18:04

İsraildə İsak Rabin adına Tibb Mərkəzinin cərrahları və "CorNeat" şirkətinin mütəxəssisləri korluq diaqnozu qoyulmuş 78 yaşlı bir xəstənin görmə qabiliyyətini bərpa ediblər.

 

Aztibb.az xəbər verir ki, əməliyyat donor toxuması tələb etməyən sintetik "Kornea KPro" implantından istifadə etməklə həyata keçirilib.

 

Əməliyyat olunan xəstənin ertəsi gün görməyə başladığı və tez bir zamanda əsas oftalmoloji testlərdən keçdiyi bildirilib.

 

Alimlər bu əməliyyatın oftalmologiya tarixində yeni bir mərhələnin başlanğıcını qoyduğunu qeyd edirlər. Belə ki, bugünədək analoji əməliyyatların keçirilməsi üçün donor toxumalarına ehtiyac var idi. Süni buynuz qişanın uğurla tətbiq olunması isə bu ehtiyacı aradan qaldırır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır