Sentyabrın 15-dən indiyədək 14 758 şagird, 7 090 müəllim COVID-19-a yoluxub
22.01.2021 12:47

“Yanvar ayının 1-də virusa yoluxan şagirdlərin sayı 20 nəfər idi, təhsil işçiləri arasında 5 nəfər idi”.

 

Bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən brifinqdə deyib.

 

Nazir müşaviri qeyd edib ki, sentyabrın 15-dən bu günə qədər şagirdlər arasında 14 758 nəfər koronavirusa yoluxub:

 

“Təhsil işçiləri arasında yoluxma sayı 7 090 olub. I-IV siniflərin arasında yoluxan şagirdlərin sayı 2 246 idi. Bu da ümumi virusa yoluxan şagirdlərin cəmi 15 %-dir. V-IX siniflərdə 4 411, X-XI sinif üzrə isə 7525 olub. Bu da ümumi şagirdlərin 51 %-di”.

 

R.Ağayev bildirib ki, bu gün 50 214 nəfər 50 yaşdan yuxarı müəllim heyətimiz var, onların da peyvənd olunması həyata keçiriləcək. "7 090 nəfər koronavirusa yoluxan təhsil işçilərinin peyvənd olunması birinci mərhələdə mümkün olmayacaq".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib