Tibb bacıları üçün “İnfeksiyaya nəzarət və profilaktikanın təşkili” mövzusunda təlimlərə başlanılıb
22.01.2021 11:41

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının (AİB) birgə təşkilatçılığı ilə “İnfeksiyaya nəzarət və profilaktikanın təşkili” mövzusunda tibb bacıları üçün təlimlərə başlanılıb.

 

Aztibb.az xəbər verir ki, təlimdə AİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və xəstəxananın nümayəndələri iştirak edirlər.

 

Nəzəri və praktiki hissələrdən ibarət olan təlimin ilk həftəsi Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında keçirilir. Nəzəri hissədə iştirakçılar infeksion nəzarət və profilaktika sahəsində biliklərə yiyələnəcək, infeksion nəzarət protokollarına dair xəstəxanadaxili mövcud qaydalar nəzərdən keçiriləcək. Praktiki hissədə isə Türkiyənin Aydın Adnan Menderes Universiteti Xəstəxanasının infeksion nəzarət üzrə mütəxəssisi Müjgan Aydemirin nəzarəti altında tibb bacıları tərəfindən infeksion nəzarət üzrə yenilənmiş qaydalar tətbiq olunacaq.

 

 

Üç həftə ərzində davam edəcək təlimlərdə Bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran və Qubada yerləşən dövlət tibb müəssisələrindən 30 tibb bacısı iştirak edəcək. 

 

Növbəti həftələrdə təlimlər K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində keçiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub