Çində koronavirusun yeni episentri aşkarlanıb
19.01.2021 10:34

Çində son sutkada 118 nəfərdə COVID-19 aşkarlanıb, onlardan 106-sı ölkə daxilində müəyyən edilib.

 

Bunu Çinin Dövlət Səhiyyə Komitəsi açıqlayıb.

 

Lakin son 24 saatda ölkədə koronavirus ilə əlaqədar ölüm halı qeydə alınmayıb.

 

Məlumata görə, ərazidaxili yoluxma hallarının sayına görə Szilin vilayəti episentrə çevrilib. Ötən gün həmin bölgədə 43 yoluxma faktı qeydə alınıb. Halbuki 2 gün öncə bu rəqəm 30 olub.

 

Daha öncə ən ağır vəziyyət ölkənin şərqindəki Hubey vilayətində müşahidə olunub. Son sutkada bu vilayətdə 35 yoluxma halı aşkarlanıb. Onların hamısı vilayətin inzibati mərkəzi – Şitszyaxjuanda təsbit edilib. 2 gün öncə Hubeydə 54 yoluxma halı (Şitszyaxjuanda – 52) aşkarlanmışdı.

 

Pekinin Hubey vilayətində yerləşməsi səbəbindən epidemioloji durumu əlverişsiz olan vilayət ərazilərindən paytaxta giriş məhdudlaşdırılıb. Paytaxtda ötən gün 1 yoluxma halı müəyyən edilib.

 

Qeyd edək ki, Çində indiyədək 88 454 nəfərdə COVID-19 aşkarlanıb, onlardan 4 635 nəfər vəfat edib, 82 432 nəfər sağalıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib