Ölkəmizdə istifadə edilən vaksin COVID-19-un yeni ştammı üçün də təsirlidir - Ramin Bayramlı
18.01.2021 23:55

COVID-19-un mutasiya olunmuş ştammı hələ ölkəmizdə aşkarlanmayıb, amma aşkarlanacağı təqdirdə əlavə tədbir görüləcək.

 

Aztibb.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı “Xəzər” kanalına müsahibəsində deyib.

 

R.Bayramlı əlavə edib ki, ölkəyə gələn bütün şəxslərin COVID-19 testindən keçməsi mutasiya olunmuş ştammların ölkəyə keçməsinin qarşısını əhəmiyyətli dərəcədə alır.

 

Onun sözlərinə görə, hazırda ölkəmizdə istifadə edilən vaksin COVID-19-un yeni ştammı üçün də təsirlidir:

 

“Əksər vaksin istehsalçıları vaksin vurulduqdan sonra analiz edib baxıblar ki, vaksinlər bu virus üçün tam təsirlidir”.


R.Bayramlı qeyd edib ki, hazırda digər vaksin istehsalçıları ilə də danışıqlar aparılır. Ehtiyac olarsa, digər növ vaksinlərin də ölkəyə gətirilməsi mümkün olacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib