Bir sıra ölkələrdə pandemiya ilə bağlı son VƏZİYYƏT
18.01.2021 11:33

Fransada ötən gün koronavirus infeksiyasına 16 642 yeni yoluxma faktı qeydə alınıb.

 

Son 24 saat ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 141 nəfər vəfat edib.

 

İndiyədək Fransada ümumilikdə 2 910 989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 70 283 nəfər vəfat edib.

 

Braziliyada son sutka ərzində daha 33 040 nəfərin koronavirusa yoluxması, 551 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

 

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 8 488 099 nəfər yoluxub. Bu müddət ərzində 209 847 koronaviruslu xəstə dünyasını dəyişib.

 

Rusiyada son bir gündə daha 22 857 nəfərə COVID-19 diaqnozu qoyulub.

 

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 591 066 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 471 nəfər artaraq 66 037-yə yüksəlib.

 

Gürcüstanda daha 110 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 1 643 nəfər müalicə olunaraq sağalıb, 25 pasiyent isə vəfat edib.

 

Qonşu ölkədə indiyədək COVID-19 infeksiyası aşkarlanan şəxslərin sayı 247 915 təşkil edir. Onların 234 636-sı sağalıb, 2 958-i isə ölüb.

 

Hazırda karantin zonalarında 460, stasionar nəzarətdə 3 670 nəfər saxlanılır. Xəstəliyi yüngül formada keçirən 634 nəfər isə xüsusi otellərdə müalicə olunur.

 

Ermənistanda isə son gündə 90 nəfərdə koronavirus aşkarlanıb və virusa yoluxanların sayı 164 676-a çatıb.

 

Ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 2 998-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 729-a yüksəlib. Hazırda ölkədə 7 885 aktiv koronavirus xəstəsi var.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib