"COVID-19 xəstə dəyərləndirilməsi və düzgün müalicə seçimi" mövzusunda seminar keçirilib  
13.01.2021 11:23
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkim kollektivinin iştirakı ilə "COVID-19 xəstə dəyərləndirilməsi və düzgün müalicə seçimi" mövzusunda seminar keçirilib.
 
Öncə klinikanın həkim-infeksionisti Aygül Əliyeva COVID-19 xəstələrinin kliniki gedişatının dəyərləndirilməsi meyarları və uyğun müalicə sxeminin seçimi haqqında geniş məlumat verib.
 
Eyni zamanda, o, hansı xəstə qrupunun mütləq şəkildə hospitalizasiya olunmalı, ciddi şəkildə izlənilməli olduğunu vurğulayaraq uyğun antiviral dərman preparatının seçimi, steroid və antikoaqulyant müalicəsinin hansı göstəricilərə əsasən və hansı miqdarda tətbiq olunması haqqında danışıb.
 
Daha sonra klinikanın Pulmonologiya şöbəsinin həkimi Günel Sadıqova müalicəsi uğurla başa çatmış ağır gedişli xəstənin stasionarda yatış müddətində müayinə və müalicəsinin subyektiv və obyektiv dəyərləndirilməsi barədə çıxış edib.
 
Seminarda, həmçinin baş həkim Fəridə Hacıyeva klinika rəhbərliyinin irad və tövsiyələrini həkimlərin diqqətinə çatdırıb.
 
 
ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
 Göz sağlamlığı üçün ümidverici nəticə: Vitamin B3 qlaukoma riskini azalda bilər