Öd daşlarının əmələgəlmə riskini artıran SƏBƏBLƏR
13.01.2021 11:24
Öd daşlarının yaranma səbəbini 3 qrupa bölmək olar: metabolik, infeksion və öd durğunluğu. Metabolik səbəb: ödlə çoxlu miqdarda suda həll olmayan xolesterol maddəsi ifraz olunur. Xolesterolun suda həll olmasını, onun öd duzları və fosfolipidlərlə birləşməsi nəticəsində əmələ gələn və mitsella adlanan strukturlar təmin edir. Mitsella strukturların suda həll olmayan yağ hissələri daxili tərəfdə, su xoşlayan hissələri isə kənar sərhədlərdə düzülür və belə quruluşu sayəsində bu strukturlar suda həll olur.
  
Mərkəzi Gömrük Hospitalının cərrahı Kamran Beydullayev “Həkim məsləhəti” rubrikasında “Öd daşının yaranma səbəbləri nədir?” sualını cavablandırarkən belə deyib.
 
Onun sözlərinə görə, ödün tərkibində xolesterolun miqdarı onları həll edə biləcək vəziyyətə gətirən öd duzları və fosfolipidlərdən çox olduqda, öd kristalları əmələ gəlməyə başlayır. Bu cür öd həddən artıq doymuş və ya litogenik öd adlanır. Yaş artdıqca, qadın cinsində, artıq çəkisi olan insanlarda və bəzi dərmanların təsirindən ödün tərkibində olan xolesterolun miqdarı arta bilər. Eyni zamanda bəzi təsirlərdən xolesterolun həll olmasını asanlaşdıran öd duzları və fosfolipidlərin miqdarı azala bilər. Məsələn, estrogen qəbulu buna səbəb ola bilər:
 
"Bu vəziyyətlərin hamısı öd daşlarının əmələ gəlmə riskini artırır. Buna baxmayaraq, bu şərtlər olan bir xeyli insan var ki, onlarda öd daşları yaranmır. Bu da o deməkdir ki, öd daşlarının yaranması üçün başqa şərtlər də vardır. Hemoliz olan xəstələrdə piqment daşları əmələ gəlir.
 
Hereditary Spherocytos, oraqvari hüceyrə anemiyası, talassemiya, malyariya xəstəlikləri və ürəkdə olan protezlər səbəbindən qırmızı qan hüceyrələrinin parçalanması bu vəziyyəti yarada bilir.
 
Piqment daşlar həm də öd yolları daralmalarında əmələ gələ bilər. İnfeksion səbəb: daş əmələ gəlmə prosesində infeksiyanın rolu tam aydın deyil. Adətən xəstələrdən götürülmüş daşlar steril olur. Amma bir sıra öd daşlarının mərkəzində mikroblar aşkarlana bilir. Helikobakter Pilori bakteriyasının antigeni tərkibində daş olan bir sıra öd kisələrində tapılmışdır. Öd durğunluğu: bəzi vəziyyətlərdə öd kisəsinin yığılma qabiliyyəti azalır".
 
Həkim əlavə edib ki, bunlara hamiləlik dövründə esterogen səbəbindən və trunkal vaqotomiya (azan sinirin kəsilməsi) zamanı baş verən vəziyyətləri misal göstərmək olar. Bu vəziyyətlərin hamısında öd daşının rastgəlmə ehtimalları yüksəkdir. Uzun müddət parenteral qidalanmada (xəstə ağızdan deyil, damardan qidalanır) olan xəstələrdə öd daşları tez-tez rast gəlinir. Ağızdan qida qəbulunun azalması 12 barmaq bağırsağın selikli qişasından ifraz olunan və öd kisəsinin yığılmasına səbəb olan xolesistokinin adlanan maddənin ifrazını azaldır".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama