Müxtəlif ölkələrdə pandemiya ilə bağlı son göstəricilər
11.01.2021 11:30

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində növbəti dəfə tətbiq olunan 56 satlıq “Evdə qal!” rejimi davam edir.

 

Yanvarın 10-da ölkə üzrə 162 min 786 nəfər testdən keçirilib. Onlardan 9 min 138 nəfərdə virus əlaməti aşkarlanıb, 1017 yoluxmuş şəxs xəstəxanalara yerləşdirilib. Məlum infeksiya səbəbindən son sutka ərzində 176 nəfər ölüb, 8 min 103 şəxs sağalıb.

 

Böyük Britaniyada son sutka ərzində koronavirusa 54 940 nəfər yoluxub. 

 

Hazırda ölkədə virusa yoluxanların ümumi sayı 3 072 349 nəfərə çatıb.

 

Son sutka ərzində Britaniyada 563 nəfər isə koronavirusdan həyatını itirib. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 81 431 nəfərə çatıb.

 

Rusiyada son bir gündə daha 23 315 nəfərə COVID-19 diaqnozu qoyulub.

 

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 425 269 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 436 nəfər artaraq 62 273-ə yüksəlib.

 

İranda ötən sutka ərzində 6 208 nəfər koronavirusa yoluxub, 91 nəfər bu infeksiyadan ölüb.

 

Beləliklə, ölkədə koronavirusdan ölənlərin sayı 56 262 nəfərə çatıb.

 

İranda İranda virusa yoluxanların sayı 1 292 614 nəfərə yüksəlib.

 

Gürcüstanda ötən sutkada daha 551 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 880 nəfər sağalaraq evə buraxılıb, 23 pasiyent isə vəfat edib.

 

Qonşu ölkədə pandemiya başlayandan bu günədək COVID-19-a 239 780 yoluxma halı təsdiqlənib. Yoluxan şəxslərin 226 215-i sağalıb, 2 796-sı isə ölüb.

 

Aktiv koronavirus xəstələrinin sayı 10 743 təşkil edir.

 

Rumıniyada koronavirusa yoluxanların sayı 658 min 958 nəfərə çatıb.

 

Son 24 saat ərzində 4951 yeni yoluxma halı qeydə alınıb. Rumıniyada koronavirusdan ölənlərin sayı 16 min 410 nəfərdir. 591 min 596 nəfər isə bu xəstəlikdən sağalıb.

 

Ermənistanda daha 157 nəfərdə koronavirus aşkarlanıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 162 288 olub.

 

Ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 2 931-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 700-ə yüksəlib. İndiyədək 149 873 pasiyent infeksiyadan sağalıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib