COVID-19 infeksiyası ən çox bu orqan və toxumaları zədələyir - Uzman-patomorfoloq 
08.01.2021 14:40
“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının “Patomorfoloji diaqnostika” şöbəsinin rəisi, uzman-patomorfoloq Zərifə Yusifli “COVID-19 virusu insan orqan və toxumalarında hansı dəyişiklikləri törədir?” sualını cavablandırıb.
 
Həkimin sözlərinə görə, COVID-19 xəstəliyi SARS-CoV-2 koronavirusu tərəfindən törədilən virus mənşəli infeksiyadır. SARS-CoV-2 virusu insan orqanizminə angiotenzin çevirici ferment 2 (ACE2) reseptoruna bağlanaraq daxil olur. ACE2 reseptorları tənəffüs sistemi epitel hüceyrələri, damar endotel hüceyrələri, böyrək epitel hüceyrələrində yüksək miqdarda rast gəlinir. Məhz buna görə xəstəlik zamanı daha çox bu orqan və toxumalar zədələnir.
 
• Makroskopik olaraq ağciyərdə ödem, ağciyər çəkisinin artması, yayğın qansızmalar, ağciyər arteriyasının trombla tutulması, plevral iltihabi proses görülə bilər.
• Histoloji olaraq ağciyərdə kəskin mərhələdən fibrotik mərhələyə qədər dəyişə bilən diffuz alveolyar zədələnmə müşahidə edilir.
• Ağciyər damarları və alveolyar epitelin keçiriciliyi artır.
 
Hüceyrəarası sahədə və alveol boşluqlarında proteinoz maye yığılması, alveol divarlarında iltihabi hüceyrələrin toplanması və fibroblastların proliferasiyasına bağlı qalınlaşma baş verir. Bu isə qaz mübadiləsinin pozulmasına, o cümlədən oksigenin qəbul edilməsinin azalmasına və hipoksemiyaya səbəb olur.
 
COVID-19 zamanı əsas ağırlaşmalar olaraq pnevmoniya (75%), kəskin respirator distress sindromu (15%), kəskin qaraciyər zədələnməsi (19%), ürəyin zədələnməsi (7-17%), qan laxtalanmasının artması – protrombotik koaqulopatiya (10-25%), kəskin böyrək zədələnməsi (9%), kəskin serebrovaskulyar xəstəlik (3%), şok (6%) diqqəti çəkir.
 
Kardiovaskulyar sistemdə – perikardial ödem və effüziya, miokard ödemi, endotelit;
Qaraciyərdə – steatoz, hepatik nekroz, endotelit;
Böyrəkdə – kəskin tubular zədələnmə, damarlarda fibrin və hiyalin trombuslar, tubulointerstisyal iltihab;
Mədə-bağırsaq sistemində – işemik enterokolit, endotelit;
Dalaqda – nekroz, atrofiya, hemorragiyalar və infarkt;
Sümük iliyində – histiositik hiperplaziya və hemofaqositoz kimi toxuma dəyişiklikləri görülə bilər.
 
Həmçinin hamiləlik zamanı virusa yoluxmuş pasiyentlərdən doğum sonrası incələnən plasental nümunələrdə damar zədələnməri – intervilloz tromboz və desidual arteriopatiya görülmüşdür. COVID-19 virusu olduqca təhlükəli fəsadlara və qalıcı zədələnməyə gətirib çıxara bilər. Özünüzü, ailənizi və ətrafınızdakı insanları mühafizə etmək üçün bütün virusdan qorunma qaydalarına riayət edin.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama