Azərbaycanda "Britaniya ştammı" ilə bağlı vəziyyət necədir? - Baş infeksionist açıqladı
06.01.2021 12:37

COVID-19-un ilk dəfə Böyük Britaniyada rast gəlinən mutasiyaya uğramış növü artıq qonşu ölkələr - Gürcüstan və İranda da aşkar olunub. "Britaniya ştammı" adlanan yeni növ virus digər viruslara nisbətən daha sürətli yoluxma qabiliyyətinə malikdir. Azərbaycanda isə hələlik COVID-19-un yeni formasına yoluxma halı qeydə alınmayıb.

 

Aztibb.az xəbər verir ki, bunu baş infeksionist Təyyar Eyvazov deyib.

 

O, bildirib ki, ölkədə bununla bağlı hələlik bir təhlükə yoxdur:

 

"Elmi dəlillərə əsasən ölkədə belə bir təhlükə yoxdur, bunlar kiçik mutasiyalardır. Hesab edirik ki, tətbiq olunacaq vaksin bu cür yeni virusların qarşısını almaqda effektiv olacaq".

 

T.Eyvazov əlavə edib ki, son günlər aparılan test sayına görə cavabları pozitiv çıxanların sayında da əhəmiyyətli dəyişikliklər var:

 

"Son günlər bu rəqəm 10 faiz ətrafındadır, ancaq infeksiyanın yüksək yayılma dövründə bu 25-27 faizə qədər çatırdı".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib