Çində "Mercedes"də COVID-19 virusu tapılıb
04.01.2021 10:54

Məşhur "Mercedes-Benz" avtomobil brendinin sahibi "Daimler" şirkətinin Pekin şəhərindəki ehtiyat hissələrin istehsalı və satışı müəssisəsində bəzi aksesuarlardan götürülmüş nümunələrdə COVID-19 virusu aşkarlanıb.

 

Satış mərkəzinin yerləşdiyi Şunyi rayonu hökuməti sədrinin müavini Ci Sianvey həmin müəssisədə işləyən 11 nəfərin də yeni növ koronavirusa yoluxduğunu bildirib. Müəssisədə ilk yoluxma dekabrın 26-da qeydə alınıb. Rayon rəhbərliyi dərhal müəssisənin işini dayandırıb və müvafiq epidemioloji təhqiqata başlanılıb. Müəssisənin yoluxma aşkarlanan bölümündə çalışan digər işçilər təcrid edilib. Nəticədə qeyd olunan yoluxmalar aşkarlanıb.

 

Pekinin səlahiyyətli qurumları "Daimler" şirkətinə məxsus müəssisədə epidemiya əleyhinə qaydalara riayət olunmadığı, o cümlədən işçilərin qoruyucu maska taxmadığı qənaətindədir. Güman olunur ki, infeksiya virusa yoluxmuş işçilərdən istehsal olunan məhsullara ötürülüb. Havanın soyuq olması isə virusun məhsullar üzərində "yaşamasına" imkan verib. Epidemioloqlar ehtiyat hissələrin üzərindəki infeksiya miqdarının az olması səbəbindən həmin əşyalara toxunanların yoluxma ehtimalının az olduğunu düşünür. Artıq Çinin bir neçə şəhərində "Daimler"in Pekindəki müəssisəsində istehsal olunmuş ehtiyat hissələrində COVID-19 virusu aşkarlanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib