Vaksinasiyadan öncə bunlar edilməlidir - Həkimdən TƏKLİF 
03.01.2021 12:44

Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, tanınmış həkim-radioloq Aydın Əliyev koronavirusla bağlı yaxın zamanda ölkəmizdə aparılması planlaşdırılan vaksinasiya prosesi ilə əlaqədar bir sıra təkliflər hazırlayıb.

 

Aztibb.az xəbər verir ki, A.Əliyev peyvəndləmə prosesinə start verilmədən öncə karantin rejiminin ləğv edilməsi, müxtəlif fəaliyyət növlərinin əvvəlki normal iş rejiminə qayıtması üçün vaksinasiyanın nə dərəcə əhəmiyyətli olmasını cəmiyyətə çatdırmaq məqsədilə gün ərzində KİV-də bir neçə dəfə maarifləndirici reklam çarxları, posterlər və s. təqdim edilməsinin vacib olduğunu bildirib:

 

"Həmçinin KİV vasitəsilə vaksinasiyanı icra edəcək tibb işçilərinin də maarifləndirilməsi məqsədəuyğun olardı. Çünki qısa zamanda və sərt karantin dövründə bu prosesi icra edəcək tibb işçilərini fərdi olaraq öyrətmək qeyri-mümkündür.

 

Bütün insanların təkcə rəsmi pasport qeydiyyatında olduğu məkan üzrə deyil, həmçinin faktiki yaşadığı əraziyə ən yaxın olan tibb müəssisəsinə yaxınlaşaraq rahat şəkildə peyvənd etdirə bilməsini təmin etmək lazımdır. Əks halda virusun daha da geniş yayılmasına zəmin yarana bilər.

 

Peyvənd etdirmək istəyən şəxslərdən qanında müvafiq antitellərin olub-olmamasına aid analiz tələb edilməlidir.

 

Sars-Cov-2 virusuna qarşı peyvənd edilmiş şəxslərə müvafiq arayışın təqdim edilməsini uyğun sayıram".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama