İctimai səhiyyə fakültəsinin nəzdində fəaliyyət göstərən kafedralarla onlayn görüş keçirib
28.12.2020 12:50

Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə fakültəsinin rəhbərliyi fakültə sərəncamında olan kafedralarla onlayn görüşlər keçirib.

 

Fakültənin dekanı, professor Anar Ağayev görüşün əsas məqsədinin 2020-2021-ci tədris ilinin qış imtahan sessiyasına hazırlığın vəziyyətinin müzakirəsi olduğunu bildirib. O, həmçinin Dövlət İmtahan Mərkəzinə testlərin göndərilib-göndərilməməsi, imtahan suallarını hazırlayan ekspertlərlə təkrar söhbətlərin aparılması, bundan əvvəlki dövrdəki imtahanda hansısa kafedradan apelyasiyaya müraciət olunduğu halda təsdiqlənən suallar barədə danışıb.

 

Bundan başqa, görüşdə dərslərdə tələbələrin aktiv iştirakı, fakültə üzrə onlayn dərslərin aparılmasının keyfiyyətinin yüksəldilməsi kimi məsələlər müzakirə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub