ATU-da Stomatologiya fakültəsinin Elmi şurasının onlayn iclası keçirilib
28.12.2020 12:16

Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin Elmi şurasının onlayn iclası keçirilib.

 

Fakültənin dekanı, dosent Səid Əhmədov 2020/2021-ci tədris ilində qış imtahan sessiyasına hazırlığın vəziyyəti barədə danışıb. S.Əhmədov universitet rəhbərliyi tərəfindən xüsusi karantin rejiminin tələbləri və məsafədən tədrisin reallıqları nəzərə alınaraq, imtahan sessiyasında tələbələrin bilik və bacarıqlarını göstərmələri üçün bütün lazımi şəraitin yaradılacağını deyib.

 

İclasda çıxış edən kafedra müdirləri qış imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında məlumat verib, təkliflərini səsləndiriblər.

 

Məlumat üçün bildirək ki, ATU-nun Stomatologiya fakültəsinin tərkibində 6 kafedra fəaliyyət göstərir: Ortopedik stomatologiya kafedrası, Ağız və üz-çənə cərrahiyyəsi kafedrası, Uşaq stomatologiyası kafedrası, Terapevtik stomatologiya kafedrası, Qulaq, burun və boğaz xəstəlikləri kafedrası və Xarici dillər kafedrası.

 

Qeyd edək ki, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi 2020-ci il noyabrın 2-dən etibarən distant formada davam etdirilir.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti
TƏBİB tərəfindən patronaj xidmətinin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə təlimçilərin hazırlığı proqramı həyata keçirilib
Həddindən artıq isti hava beyin üçün təhlükə yaradır