"Antibiotiklərdən yalnız yanaşı infeksion xəstəliklər olduqda istifadə edilməlidir"
28.12.2020 11:38

COVID-19 zamanı qəbul edilən bəzi preparatlar qaraciyər fermentlərinin yüksəlməsinə səbəb olur və böyrəklərə zərərli təsir göstərir.

 

Mərkəzi Gömrük Hospitalının Reanimasiya və Anesteziologiya şöbəsinin rəisi, reanimatoloq Tural Sadıqov belə deyib. Həkim bildirib ki, istehsalçı şirkətlərin verdiyi məlumata görə, peyvəndlərin qoruyuculuğu 95 faizə qədərdir: "Bunun nə dərəcədə dəqiq olduğunu yalnız peyvəndlərin tətbiqindən sonra söyləmək olar. Yalnız bundan sonra onların 3 və ya 6 ay, yoxsa hansı müddətə xəstəlikdən qoruduğu  aşkar ediləcək".

 

T.Sadıqovun sözlərinə görə, hazırda infeksiyaya yoluxan xəstələrin sayının çoxluğu, reanimasiya və stasionarlarda xəstəliyi ağır keçirənlərin artmasının səbəbi qeyri-düzgün və həkim təyinatı olmadan aparılan müalicələrdir: "Antibiotiklərdən yalnız yanaşı infeksion xəstəliklər olduqda istifadə edilməlidir, çünki onların tətbiqi virusa qarşı səmərəsizdir. Steroid preparatlardan istifadə isə xəstəliyin ağırlaşmasına, immun sisteminin zəifləməsinə və xəstəliyin daha ağır keçməsinə aparıb çıxara bilər. Həmin preparatlar yalnız həkim göstərişi ilə təyin ediləndə səmərə verir.  Preparatın vaxtından qabaq və ehtiyac olmadan tətbiqi COVID-dən xilas etmir. Hər bir dərmanın müsbət təsiri olduğu kimi, yan təsirləri də var, yəni bir orqana müsbət təsir edəndə digərinə zərərli təsir göstərir. COVID-in ağırlaşmaları ölümə aparıb çıxarır. Ağırlaşmalara səbəb qanda laxtalanmanın artması və tromboz yaranmasıdır. Laxtalanmanın artması isə ürək-damar xəstəliklərinin ən əsas səbəblərindən biridir".

 

Bir ilə yaxındır ki, COVID-li xəstələrin müalicəsi ilə məşğul olan həkim-terapevt deyib: "Təcrübə göstərir ki, COVID-ə yoluxma yanaşı xəstəliklərin baş qaldırmasına səbəb olur. Ürək-damar xəstələrinin vəziyyətinin daha da ağırlaşması, diabet xəstələrində qanda şəkərin səviyyəsinin yüksəlməsi və tənzimlənmənin çətinləşməsi, işemiyanın və infarkt keçirmək riskinin artması müşahidə olunur".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama