Əsir və girovluqdan xilas olunanların karantin müddəti bitir
27.12.2020 14:53

Dekabrın 14-də Ermənistanın əsir və giroluğundan azad edilmiş vətəndaşlarımız-Emin Baxşəliyev, Amin Musayev, Yəhya Abdinov, Şərif Əliyev, Ömər Ələkbərov, Nurəddin Yolçuyev, Bayram Kərimov, Şahbaz Quliyev, Dilqəm Əsgərov, Mobil Əhmədzadə, Nurlan Əlizadə, Anar Əliyevin bu gün ailələrinə təhvil veriləcəyilə bağlı məlumat yayılıb.


Məsələ ilə bağlı Amin Musayevin dayısı Sənan Saqıov Modern.az-a bacısı oğlu ilə telefon vasitəsilə danışdıqlarını deyib:

 

"Artıq on dörd gündür ki, əsir və girovluqdan azad olunanlar Azərbaycandadır. Biz də Aminin evə gəlişini gözləyirik. Amma hələ ki hər hansı məlumat yoxdur".


A.Bayramovun anasının səhhətinə gəlincə, dayısı onun yaxşı olduğunu deyib:


"Şükür bacım yaxşıdır, müalicəsi effekt verdi".

 

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da atasının evə buraxılması ilə bağlı informasiyaya malik olmadığını deyib:

 

"Atamla telefonla danışmışam, amma görüşməmişəm. Bildirdi ki, yaxşıdır, özünü yaxşı hiss edir. Rəsmilərdən bizə nə vaxt evə buraxılacaqları ilə bağlı məlumat verilməyib".


Şahbaz Quliyevin bacısı İradə Quliyeva bildirib ki, qardaşı ilə onlar Azərbaycana gətiriləndən iki gün sonra danışa bilib:

 

"Həmin vaxt dedi ki, yaxşıdır, heç bir problemi yoxdur. Eyni zamanda dedi ki, 14 gün karantində saxlanılacaqlar. Karantinin 14 günü sabah tamam olur. Yəqin ki, hər hansı problem çıxmazsa, birinci gün axşam, ya da ikinci gün evə buraxarlar".

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib