COVID-19-a yoluxmuş şəxslər evdə necə müalicə alacaq?
08.07.2020 23:00

Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova Səhiyyə Nazirliyi tərəfindən COVID-19 virusuna yoluxmuş vətəndaşların evdə müalicə alma prosesi haqqında məlumat verib.

 

Nelli Veysova deyib ki, yoluxma şübhəsi yarandıqda ilk addım - poliklinikaya telefon zəngi vasitəsilə müraciət etməkdir: "Bundan dərhal sonra sahə həkimi sorğu-sual əsasında xəstənin vəziyyətini dəyərləndirmək üçün məlumat toplayır. Yalnız bu həkimin qərarı əsasında yoluxma şübhəsi ilə müraciət etmiş vətəndaşın ünvanına COVID-19 testini keçirmək məqsədilə tibb işçisi yönləndirilir. Bir gündən üç günə qədər testin cavabı SMS vasitəsilə vətəndaşa bildirilir və bu müddət ərzində COVID-19 virusuna yoluxma şübhəsi ilə müraciət edən şəxsin vəziyyəti sahə həkimi tərəfindən izlənilir. Test nəticəsi müsbət olduğu təqdirdə həmin şəxslər qeydiyyata alınır və xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən dərman preparatları ilə təmin olunurlar. Dərman dəstlərinə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur.

 

Sahə həkimləri COVID-19 virusuna yoluxmuş evdə müalicə alan xəstələrin vəziyyətini 14 gün ərzində gündəlik olaraq, müşahidə edirlər. Xəstəliyin gedişatında ağır simptomlar aşkar edilərsə və yoluxmuş şəxsin ümumi vəziyyətində kəskinləşmə müşahidə olunarsa, həmin xəstənin stasionar şəraitdə müalicəni davam etmək zərurəti sahə həkimi tərəfindən müəyyən edilir. Eyni zamanda, xəstənin vəziyyətində şiddətli kəskinləşmə baş verərsə, həmin şəxs və onun yaxınları təcili tibbi yardıma 103 qısa nömrə vasitəsilə müraciət etməlidirlər".

 

Baş Səhiyyə İdarəsinin rəisi qeyd edib ki, digər infeksion xəstəliklərlə yanaşı, COVID-19 virusunun da inkubasiya dövrü 21 gün təşkil edir və bu səbəbdən yoluxmuş xəstələrə həmin müddət ərzində yaşayış yerlərini tərk etməyə icazə verilmir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır