“Həm cəbhədəki, həm də koronavirus kimi düşmənə qarşı həmrəylik, birlik göstərməyimiz şərtdir” - Goranboyda fəaliyyət göstərən feldşer  
19.10.2020 12:36

“Goranboyda atəş səsləri adi hal kimi qəbul edilir. Koronavirusla bağlı isə onu deyə bilərik ki, COVID-19 təhlükəsinin davam etməsi qoruyucu vasitələrdən istifadəni labüd edir. Kim karantin qaydalarına riayet etmirsə, o, virusun ağır nəticələrinə mütləq məruz qalacaq".

 

Bu sözləri Aztibb.az-a müsahibəsində hazırkı müharibə şəraitində sərhəd bölgələrdə əhalinin vəziyyəti və koronavirusla mübarizə dövründə xəstələrə qulluq şəraitindən danışan Goranboy rayonunun Xoylu kəndində 15 ildir məntəqə müdiri işləyən feldşer Azadə Namazova deyib.

 

- Siz koronaviruslu xəstələrlə işləmiş həkimlərdənsiz. Hazırda fəaliyyət göstərdiyiniz xəstəxanada vəziyyət necədir?

 

- İndiki dövrdə həm cəbhədəki, həm də koronavirus kimi düşmənimizə qarşı həmrəylik, birlik göstərməyimiz şərtdir. Birliklə yanaşı məsuliyyətli olmaq, qaydalara da əməl etmək lazımdır. Mən könüllü olaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasında koronaviruslu xəstələrlə işləmişəm. ` göstərirdi. Goranboy Rayon Mərkəzi Xəstəxanasının Publik huquqi şəxsi İftixar Zeynalov başda olmaqla, həkim və tibb başçılarının səyi nəticəsində koronaviruslu xəstələrin sağalması istiqamətində bütün zəruri tədbirlər görülür və bu istiqamətdə müsbət nəticələr əldə olunur.

 

- Koronaviruslu xəstələrlə işləyən həkimlər xüsusi geyim geyinir. Bu geyimdə işləmək nə qədər çətindir?

 

- Karantin mərkəzlərində koronavirusla mübarizədə həyatlarını riskə atan həkimlərimiz çətin olsa da isti yay günlərində də, indi də xüsusi geyimlərdə öz fəaliyyətlərini davam etdirib.

 

- Bildiyimiz kimi bir çox həkimlər də koronavirusa yoluxub. Sizin işlədiyiniz xəstəxanada da COVID-19-a yoluxan həkimlər oldu?

 

- Azərbaycanda 300-dən çox tibb işçisi koronavirusa yoluxub, onların 65 faizdən çoxu sağalıb. Bu tibb işçiləri arasında həm həkimlər, həm də tibb bacıları var. Onu da qeyd edim ki, bütün tibb işçiləri məhz xəstəxanalarda bu virusa yoluxmur. Ancaq reallıq budur ki, xəstələrlə təmasdan bu təhlükəli virusa yoluxanların və həyatlarını itirən tibb işçilərimiz də az deyil. Bizim xəstəxanada da bu virusa yoluxan və sağalan həkimlərimiz və tibb bacılarımız oldu. Onlar sağalaraq yenidən işlərinin başına dönüb.

 

- İş saatınız necə bölünür? Növbədə olmadığınız müddətdə harda qalırdınız?

 

- Goranboy Rayon Mərkəzi Xəstəxanasında koronaviruslu xəstələrlə könüllü çalışan biz həkimlər iş saatı bitdikdən sonra, Naftalan şəhərində həkim və tibb bacıları üçün ayrılmış oteldə qalırdıq. Karantində olduğumuz günlərdə ailəmizlə təmasdan uzaq dururduq, əks halda ailə üzvlərimiz bu təhlükəli virusa yoluxa bilərdi. İş saatımız gündüz 6 saat, gecə növbələrində 12 saat olurdu, növbədə olmadığımız müddətdə oteldə qalırdıq və otelin personalı bizə yüksək səviyyədə xidmət göstərirdi. Orada hər bir şərait var idi və bu, bizim gərgin iş rejimindən sonra dincəlməyimizə, yeni növbəyə yüksək əhval-ruhiyyə ilə qayıtmağımıza stimul verirdi.

 

- Koronavirus xəstələrinin qan plazmasının ağır xəstələrin müalicəsi üçün istifadəsi nə kimi effekt verə bilər?

 

- Mən belə düşünürəm ki, xəstəlik keçirmiş insanın qan plazmasından sağlam insanlara köçürməklə sağlam insanların gələcəkdə bu təhlükəli virusa yoluxma riskini azalda bilərik.

 

- Uşaqlarda yoluxma halı necədir?  

 

- Gigiyenik qaydalara riayət etməyən hər kəs dünyanın bəlasına çevrilmiş bu təhlükəli virusun qurbanına çevrilə bilər. Xəstəxanada olduğum müddətdə uşaqların yoluxma sayı çox aşağı səviyyədə idi, uşaqlarda ağırlaşma hallarına rast gəlmədim.

 

- Son günlər Goranboy rayonu Ermənistan silahlı qüvvələri tərəfindən tez-tez atəşə tutulur. Bu əhali arasında təşviş yaradırmı? Ümumiyyətlə mülki vətəndaşlarımızın atəş səslərinə reaksiya necə olur?

 

- Goranboy əhalisi, ümumiyyətlə Azərbaycan xalqı əzəldən mərd, güclü xalqdır. O atəş səsləri bizi əlbəttə qorxutmur. Hətta, atəş səsləri adi hal kimi qəbul edilir. Bununla yanaşı mülki vətəndaşlar rutin həyatlarına davam edir. Biz qürur duyuruq ki, torpaqlarımız qayıdır. Hər kəs yüksək əhval-ruhiyyədədir.

 

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub