Metronun bağlı qalma səbəblərini Hikmət Hacıyev AÇIQLADI
17.07.2020 23:35

Avqustun 5-dək davam edəcək sərt karantin rejimi dövründə Bakı metropoliteninin bağlı qalması məsələsinə aydınlıq gətirilib.

 

Aztibb.az xəbər verir ki, Azərbaycan Televiziyasında yayımlanan “Hədəf” verilişində danışan Prezidentin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ictimai nəqliyyatla bağlı məhdudiyyətlərin səbəbini belə izah edib:

 

“Məhdudiyyətlərə əsasən Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti tamamilə dayandırılır. Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları ictimai nəqliyyatın hərəkətinə son qoyulur".

 

Şöbə müdiri bildirib ki, qarşıdan gələn uzadılma dövründə də ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Bakı metropoliteninin fəaliyyətinin dayandırılması metronun qapalı məkan olması və şaxta prinsipi əsasında fəaliyyət göstərməsi ilə əlaqədardır. Onun ventilyasiya sistemi də mərkəzləşmiş qaydadadır. Ventilyasiya sisteminə virus düşdüyü halda bütün sistemi yoluxdura bilər. Onun hava hərəkəti vasitəsilə digər məntəqələrə yayılması mümkün ola bilər.

 

O, qeyd edib ki, metropolitenin fəaliyyətinin dayandırılması təkcə Azərbaycanda həyata keçirilmir. Digər ölkələrdə də, koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində ictimai nəqliyyata tətbiq olunan məhdudiyyətlər ilk metropolitenə tətbiq olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır