Bu dərman bitkiləri COVID-19 xəstəliyinə qarşı immunitetin yaranmasına kömək edir - Mərkəzi Nəbatat Bağından açıqlama
24.07.2020 16:33

Dərman bitkiləri ilə müalicə bir çox ölkələrdə, o cümlədən Azərbaycanda vüsət alıb. Statistikaya görə, XX əsrin axırlarına yaxın dərman bitkiləri ilə müalicə 30% tətbiq olunduğu halda, müasir dövrdə bu göstərici 50%-dən artıq təşkil edir. Dünyada geniş yayılmış koronavirusla mübarizədə immuniteti gücləndirən qidalara üstünlük vermək virusun qarşısını almaq üçün ən doğru yoldur. Bizi əhatə edən ətraf mühitdə olan patogen mikroorqanizmlər bədənə düşdükdə bölünüb-çoxalır və orqanizmi xəstələndirirlər. Bu çoxalmanın qarşısı alınmazsa patogenlər orqanizmi məhv edə bilər.

 

Bu fikirləri Aztibb.az-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının Nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Aynur Ərəbzadə bildirib.

 

İnsan orqanizminin bakteriya və viruslara, eləcə də COVID-19 xəstəliyinə qarşı davamlı olması üçün tərkibi qida elementləri ilə zəngin dərman bitkilərindən istifadənin zəruriliyi məsələləsinə toxunan mütəxəssis Mərkəzi Nəbatat Bağının dərman bitkiləri kolleksiyasında viruslara qarşı mübarizədə istifadə olunan dərman bitkilərinin toplandığını vurğulayıb.

 

O, bildirib ki, kolleksiyada olan meşə əməköməcisi, adi mollabaşı, ikievli gicitkən, dərman qulançarı, adi dəvədabanı, nanə, adi boymadərən, adi qaraot, qaraqınıq, adi zirə, dərman bədrənci, dərman bəlğəmotu, iri atpıtrağı, qara gəndəlaş, zərif meşənovruzu, uca andız, zəif dazıotu, amerika çiçəbaharı, böyük bağayarpağı, dərman pişikotu bir çox viruslara, o cümlədən koronavirusa qarşı effektiv təsirə malikdir:

 

“Bir çox xəstəliklərin profilaktika və müalicəsində geniş istifadə olunan bu bitkilər antibakterial, iltihabi proseslərə qarşı təsirə malik olub, xüsusilə ağciyər xəstəliklərində əhəmiyyətlidir. Bitkilərin tərkibindəki farmakoloji aktiv maddələr (karotinoidlər, flavonoidlər, aldehidlər, alkaloidlər, şəkərlər, polisaxaridlər, taninlər və s.) insan və heyvan orqanizminə farmakoloji və toksiki təsir göstərir”.

 

A.Ərəbzadənin sözlərinə görə, tədqiq olunan bitkilərin tərkibində A, B, C, D, K C, PP vitaminləri, zülallar, kalsium, flor, fol turşusu, sink, dəmir, mis və selen elementlərinin  birləşmələri  mövcuddur. Bu maddələr immun sistemini gücləndirir və orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.

 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır