Doğru bildiyimiz yanlışlar - Koronavirusa yoluxanlara bu qidaları yemək qəti olmaz – Həkimdən açıqlama
25.12.2020 11:42

Koronavirus pandemiyası demək olar ki, bütün dünyanı əhatə edib. Vəziyyət hər gün daha da pisləşir, COVID-19-un yayılması sürətlə artır.

 

Aztibb.az xəbər verir ki, həkimlərin bu gün üçün tövsiyəsi lazımi təhlükəsizlik tədbirlərinə riayət etmək, qoruyucu maska taxmaq, sosial məsafəyə və gigiyena qaydalarına əməl etməkdir.

 

Pandemiya şəraitində güclü immunitet son dərəcə vacibdir, bu da əsasən sağlam həyat tərzindən və qidalanmadan asılıdır. Koronavirus infeksiyasına yoluxan xəstələrlə işləyən allerqoloq-pulmonoloq Ramin Nəriman Qadinklubu-na açıqlamasında bildirib ki, bu xəstələrə turşu, duzlu, istotlu, yəni qıcıqlandırıcı qidalar, o cümlədən sarımsaq, çiy soğan olmaz:

 

“Süd, doşab məsləhət deyil. Süd bəlğəm əmələ gəlməni artırır. Doşab isə qıcıqlandırıcıdır, öskürəyi artıra bilir. Təbii ki, çoxlu maye qəbul olunmalıdır, çoxlu turş olamayan meyvələr yemək lazımdır.

 

Bu dönəmdə insanlar portağal və nar şirəsinə üstünlük verirlər. Ancaq bilmək lazımdır ki, portağal qan durulducu deyil, sadəcə C vitamini ilə zəngindir. Nara gəldikdə isə uzun müddət istifadə etdikdə bir balaca qan durulaşdırıcı effekti ola bilər. Bu gün həkimlərin COVID xəstələrinə təyin etdiyi Kleksan iynəsi belə COVID xəstələrində qanlaxtalanmanın qarşısın ala bilmirsə, nar şirəsi koronavirusa nə edəcək ki? Əksinə bu xəstələrdə mədə-bağırsaq qıcıqlanmış olur, mədədə turşuluq artmış olur. Turş meyvləri istifadə edən COVID xəstələri mədəsində yanğı hiss edir. Digər tərəfdən də koronavirus əlehinə olan dərmanların özləri mədəni qıcıqlandırır. Koranavirus özü mədəni zədələyir. Ona görə də turş meyvələr istifadə edən zaman xəstələrin vəziyyəti daha da pisləşir. Həmçinin nar təzyiqi sala bilər”

 

Qeyd edək ki, sitrus və digər meyvələri xəstəliyə tutulmamış qəbul etmək və immuniteti güclü saxlmaq lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama