MDB-yə üzv dövlətlərin səhiyyə sahəsindəki əməkdaşlığı müzakirə edilib
24.12.2020 09:42

Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin İctimai Sağlamlıq və Səhiyyənin İnformasiyalaşdırılması institutlarının dövlətlərarası şəbəkəsinin iclası olub.

 

Aztibb.az MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, iclas Rusiya Səhiyyə Nazirliyinin səhiyyə işinin təşkili və informasiyalaşdırılması üzrə Mərkəzi Elmi-tədqiqat İnstitutunun dəstəyi ilə keçirilib.

 

Tədbir iştirakçıları 2020-ci ilə dair institutlar şəbəkəsinin fəaliyyətinə yekun vuraraq, növbəti il üçün əsas tədbirlər planının layihəyə daxil edilməsi ilə bağlı MDB-yə üzv dövlətlərin təkliflərini müzakirə ediblər.

 

Gələn il yoluxucu olmayan xəstəliklərin, habelə HİV infeksiyası, vərəm və yeni koronavirus infeksiyasının qarşısının alınması və onun nəzarətinə xüsusi diqqət yetirilməsi planlaşdırılır. Həmçinin 2020-2021-ci illər üçün “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əhalisinin sağlamlığı” üzrə strategiyanın həyata keçirilməsi ilə bağlı tədbirlər planının icrasının yekunlarını təhlil etmək nəzərdə tutulur.

 

Bundan əlavə, 11-ci düzəlişin (ICD-11), xəstəliklərin və sağlamlıq problemlərinin beynəlxalq təsnifatının rus dilinə tərcüməsi planlaşdırılır. Bu, MDB iştirakçısı olan dövlətlərdə sözügedən təsnifatın tətbiqini sürətləndirməyə imkan verəcək.

 

Tədbir iştirakçıları MDB-nin səhiyyə sahəsində əməkdaşlıq Şurasının qərar və tapşırıqlarının yerinə yetirilməsinin gedişini də müzakirə ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib