Pediatr alimin 53 illik fəaliyyəti yüksək qiymətləndirilib
24.10.2026 09:30

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda keçirilən ənənəvi səhər konfransında institutun uzunillik əməkdaşı, Yenidoğulmuş və Vaxtındanqabaq Doğulmuş Uşaqların Patologiyası Elmi Şöbəsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru, dosent Mahirə Ziyəddin qızı Əfəndiyevanın yubileyi qeyd olunub.

Aztibb.az xəbər verir ki, konfrans zamanı Mahirə Əfəndiyevanın uzunillik səmərəli fəaliyyəti, pediatriya elminin inkişafına verdiyi töhfələr və instituta həsr etdiyi ömür yolu yüksək qiymətləndirilib. Kollektiv tərəfindən yubilyar təbrik olunub, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulanıb.

Mahirə Əfəndiyeva Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildən əmək fəaliyyətinə Elmi-Tədqiqat Pediatriya İnstitutunda başlayan alim kiçik elmi işçi vəzifəsindən böyük elmi işçi vəzifəsinədək yüksəlib, 1997-ci ildən isə Yenidoğulmuş və Vaxtındanqabaq Doğulmuş Uşaqların Patologiyası Elmi Şöbəsinə rəhbərlik edir. Beləliklə, onun pediatriya sahəsindəki fəaliyyəti 53 ili əhatə edir.

Mahirə Əfəndiyeva elmi fəaliyyətini davam etdirmək məqsədilə Moskvada, SSRİ Tibb Elmləri Akademiyasının Elmi-Tədqiqat Pediatriya İnstitutunda əyani aspiranturada təhsil alıb. 1980-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə edib, 1991-ci ildə isə böyük elmi işçi elmi adına layiq görülüb.

Alim elmi fəaliyyəti ərzində 220-yə yaxın elmi işin, 9 metodik vəsaitin və 1 səmərələşdirici təklifin müəllifi olub. Onun elmi məqalələri yerli və beynəlxalq nüfuzlu jurnallarda, eləcə də müxtəlif konqreslərin materiallarında dərc edilib. 2010-cu ildə Mahirə Əfəndiyeva “Sədaqətli Əliyevçi” fəxri diplomu ilə təltif olunub.

Mahirə Əfəndiyevanın uzunillik fəaliyyəti, elmi araşdırmaları və pediatriyanın inkişafına verdiyi töhfələr onun Azərbaycan tibb elminə xidmətinin mühüm göstəricisidir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib