"Ölümlə üz-üzə qalmaq, yaxınlarınızı itirmək istəmiriksə,  qaydalara riayət etməliyik"
23.12.2020 16:03
Bəşəri bəla – koronavirus dünyanı qorxu və təhlükə altında saxlamaqda davam edərək, hər gün yeni qurbanlar almaqda davam edir. Artıq bir ilə yaxındır ki, COVID-19 pandemiyası hər birimizin gündəlik həyat tərzinə təsir edərək, hərəkətlərimizi, davranışımızı özünə tabe edib. İstər-istəməz virusdan qorunmaq üçün müəyyən qaydalara riayət edirik. Yəqin bu qaydalara hamı düzgün riayət etsəydi, yoluxmaların sayı azalardı.
 
“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının həkim-sonoloqu Dr.Tükəzban Abdullayeva “Koronavirusdan qorunma qaydalarına düzgün riayət edirikmi?” sualını cavablandırarkən belə deyib.
 
Həkim bildirib ki, görünür, insanlar bu qaydaları qulaqardına vurur, düzgün əməl etmirlər. Hələ ki, dünya alimləri bu öldürücü virusu aradan qaldıran dərman tapmayıblar. Bir çox ölkələrdə vaksinlər hazırlansa da, bu o demək deyil ki, koronavirus dünyanı birdəfəlik tərk edəcək. Ona görə də, virusdan qorunmaq üçün qoyulan məlum qaydalara düzgün riayət etməyi bir daha yadımıza salaq:
 
"Qızıl qaydalardan biri tibbi maskaların taxılmasıdır. Hamı tibbi maskaları düzgün taxırmı? İctimai yerlərdə, nəqliyyatda, küçədə bəzilərinin maskanı tərs üzünə taxdığını görmək olur. Belə ki, maskanın ağ üzü baryer, sipər rolunu oynadığına görə öndə - havada qalmalı, mavi üzü sifətə toxunmalıdır. Başqa rəngli maskalarda da bunu maskaya tikilən iplərdən bilmək olar.
 
Maskalar 2-3 saatdan artıq üzdə qalmamalı, yenisi ilə əvəz olunmalıdır. Maskaya tez-tez toxunmaq, müşahidə etdiyimiz kimi, burundan aşağı salmaq, danışanda aşağı-yuxarı etmək, çənə üstündə, ağız üstündə saxlamaq olmaz. Birdəfəlik maskalardan təkrarən istifadə etmək yolverilməzdir. Maska nəmli olarsa onu yenisi ilə əvəzləmək vacibdir. Maskanı arxa tərəfdən çıxarmaq lazımdır. Onun ön hissəsinə toxunmaq olmaz, belə ki, onun üzərində infeksiya ola bilər.
 
Unutmayaq ki, maskanı cərimələrdən qaçmaq üşün deyil, koronavirusdan qorunmaq üçün taxırıq. Maskanın taxılması koronavirusdan qorunmağın əsas qaydalarından biridir. Lakin maskadan əlavə, əllərin düzgün yuyulması və ya spirtli maddə ilə dezinfeksiya edilməsi də vacibdir. Belə ki, təmiz əllər infeksiyanın qarşısında ilk və ən mühüm müdafiə baryerlərindən biridir.
 
Buna görə də, yoluxucu xəstəliyin qarşısını almaq üçün əlləri sabunla yumaq lazımdır. Əlləri nə vaxt yumaq lazımdır? Hər dəfə küçədən evə gələrkən, öskürdükdən və ya asqırdıqdan sonra, xəstələrə qulluq edərkən, yemək hazırlayərkən, yeməkdən əvvəl, əllər çirkli göründükdə, heyvanlarla ünsiyyətdə olduqdan sonra və s. əllər düzgün qaydada – 20-30 saniyə, barmaqların arasına qədər yuyulmalıdır".
 
Həkimin sözlərinə görə, daha bir qızıl qayda ara məsafənin saxlanmasıdır. Təəssüflər olsun ki, daha çox olduğumuz marketlərdə, ictimai nəqliyyatda bu qaydaya heç də həmişə riayət olunmur. Zərurət olmadıqda evdən çıxmamaq məsləhətdir. Bu sadə qaydalara riayət etməklə, koronavirusdan qorunmaq mümkündür. Hər kəsin sağlamlığı öz əlindədir. Xəstəlikdən əziyyət çəkmək, ölümlə üz-üzə qalmaq, yaxınlarınızı itirmək istəmirsinizsə, bu qızıl qaydalara riayət edin. Axı bu, o qədər də çətin deyil.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama