Analitik kimya kafedrasının 85 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilir
22.12.2020 21:52

Bakı Dövlət Universitetində (BDU) Kimya fakültəsinin Analitik kimya kafedrasının 85 illik yubileyinə həsr olunmuş “Koordinasion birləşmələr kimyası” mövzusunda VIII beynəlxalq elmi konfrans öz işinə başlayıb.

 

BDU-nun rektoru Elçin Babayev virtual konfransı giriş sözü ilə açaraq universitetin Kimya fakültəsinin kimya elminin inkişafındakı rolu haqqında məruzə ilə çıxış edib. O, Analitik kimya kafedrasının inkişafında akademik Rəfiqə xanım Əliyevanın müstəsna xidmətlərini diqqətə çatdırıb. Rektor son illərdə ölkəmizdə aparılan elm və təhsil sahəsində islahatlardan, həyata keçirilən uğurlu tədbirlərdən danışıb, universitetin elmi-tədqiqat mərkəzinə çevrilməsi istiqamətində aparılan işlərdən bəhs edib.

 

E.Babayev Kimya fakültəsinin ölkədə geniş profilli, yüksək peşəkarlıq qabiliyyətinə malik kimyaçı kadrların hazırlanmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

 

Kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov onlayn konfransın yüksək səviyyədə təşkilinə görə BDU-nun rəhbərliyinə təşəkkür edib. Kimya fakültəsinin tarixi və inkişaf yolu barəsində danışan A.Əzizov kimya təhsilinin yaranmasında və inkişafında BDU-nun fundamental baza olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Dekan kafedranın əldə etdiyi elmi nailiyyətlərdən, araşdırmalardan, elmi əlaqələrindən bəhs edib.

 

Daha sonra Analitik kimya kafedrasının müdiri Famil Çıraqov, AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvi Məhəmməd Babanlı, Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov, Fiziki və kolloid kimya kafedrasının professoru Cəbrayil Mirzai, ADPU-nun Analitik və üzvi kimya kafedrasının professoru Nailə Verdizadə analitik kimya kafedrasında aparılan elmi araşdırmaların kimya elminə verdiyi töhfələrdən, elmi-pedaqoji kadrların hazırlanmasında görülən işlərdən danışıblar, xatirələrini bölüşüblər, təbrik nitqləri səsləndiriblər. Qeyd olunub ki, Azərbaycanda kimya sahəsi milli elmi istiqamətlər içərisində ən qədimidir və Bakı Dövlət Universitetinin kimya sahəsində gördüyü işlər təqdirəlayiqdir.

 

Konfransda Türkiyə, İran, Portuqaliya və Almaniyadan nüfuzlu kimyaçı alimlər iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub