"KT zamanı buzlu şüşə görünübsə, yenə də test verməyə ehtiyac var" - Həkim-reanimatoloq
22.12.2020 13:41

Temperaturu tam normaya salmaq lazım deyil. Qızdırma olarsa, Paracetamol, yaxud İbuprofendən istifadə etmək olar. Aztibb.az xəbər verir ki, bunu həkim-reanimatoloq Şahin Məmmədov deyib.

 

COVID-19 xəstələrinin müalicəsindən danışan həkim bildirib ki, sistemlərin içinə vitamin qatmaq lazım deyil. Həmin vitaminlərin həm sayı, həm də dozası çox azdır. Bunun əvəzinə sistemi təmiz şəkildə qoşmaq və polivitamin kompleksi içmək daha effektlidir.  

 

Sistemə Dimedrol, Deksametazon qatdıqda anafilaktik şokun profilaktika edilmədiyini deyən həkim, Deksametazonun xəstəliyin ilk 10 günlüyündə məsləhət görülmədiyini, onun həm bakterial infeksiya riskini artırdığını, həm də xəstənin şəkərini qaldırdığını deyib.

 

Əgər koronavirus şübhəsi varsa, ilk növbədə müayinə nazal yaxma şəklində olmalıdır. Test müsbət çıxdıqda dərhal favipiravir preparatına başlanarsa, müsbət nəticələr əldə etmək olar. Sonrakı günlərdə isə Favipiravir dərmanının bir o qədər mənası olmur.

 

İlk olaraq KT-yə getmisiz və buzlu şüşə görünübsə, test verməyə yenə ehtiyac var. Çünkü KT dəyişikliklərini adi qrip, başqa virus yaxud bakteriya zamanı da görə bilərik.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama