COVID-19 pandemiyasına qarşı mübarizə məsələləri videokonfrans rejimində müzakirə olunub
22.12.2020 09:19

Dekabrın 21-də Rusiyanın “Mikrob” Taun Əleyhinə elmi-tədqiqat İnstitutunun bazasında Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Koordinasiya Şurası sanitar mühafizə problemləri üzrə iclas keçirib. Videokonfrans rejimində keçirilən iclasda Birlik Ölkələrində xüsusi təhlükəli infeksion xəstəliklərin yayılmasının qarşısının alınması məsələləri müzakirə edilib.

 

Aztibb.az MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Şura üzvləri COVID-19-un MDB-yə üzv olan dövlətlərdə epidemioloji vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Müzakirələrdə epidemiya prosesinin birlik ölkələrində son üç ay ərzindəki dinamikasından, xüsusiyyətlərindən, habelə qrip və Kəskin Respirator Virus İnfeksiyaları (KRVİ) ilə bağlı yaranmış vəziyyət araşdırılıb.

 

Görüş iştirakçıları öz ölkələrində epidemiya əleyhinə tətbiq olunan profilaktik və məhdudlaşdırıcı tədbirlərin, o cümlədən beynəlxalq səfərlərin effektivliyi barədə bir-birinə məlumat veriblər.

 

Görüşdə Birlik dövlətlərində COVID-19 əleyhinə populyasiya immunitetinin tədqiqatlarının nəticələri barədə fikir mübadiləsi aparılıb. Bununla yanaşı, Avropa Regional Bürosunun təqdim etdiyi “UNITY tədqiqatları” çərçivəsində seroepidemioloji tədqiqatların nəticələri, həmçinin laboratoriya müayinəsinə yanaşmalar və istifadə olunan test sistemlərinin növləri müzakirə edilib.

 

Yeni koronavirus növünə qarşı vaksinlərin hazırlanmasının nəticələrinə xüsusi diqqət yetirilib. Hazırda Rusiya Federasiyasında iki növ vaksin qeydə alınıb. COVID-19 əleyhinə vaksin epidemiya göstəriciləri üzrə vaksinləmə təqviminə daxil edilib.

 

Görüşdə habelə MDB-yə üzvü olan dövlətlərdə əhalinin sanitariya və epidemioloji sağlamlığı sahəsindəki fövqəladə hallara dair məlumat mübadiləsi prosedurunun həyata keçirilməsi müzakirə edilib.

 

Bundan əlavə, tədbir zamanı Müstəqil Dövlətlər Birliyinin Səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXXII iclasının nəticələri də görüşdə müzakirə predmeti olub.

 

Qeyd edək ki, bu ilin noyabr ayında MDB-yə üzv olan dövlətlərin ərazilərində xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılması problemləri üzrə əlaqələndirmə Şurasının 20 yaşı tamam olmuşdur.

 

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Həddindən artıq isti hava beyin üçün təhlükə yaradır
TƏBİB tərəfindən patronaj xidmətinin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə təlimçilərin hazırlığı proqramı həyata keçirilib