ABŞ-ın vitse-prezidenti Mayk Pens COVID-19 əleyhinə peyvənd olunub
19.12.2020 12:31

Dekabrın 18-də ABŞ-ın vitse-prezidenti Mayk Pensə birbaşa efirdə COVID-19 əleyhinə peyvənd edilib.

 

Aztibb.az xəbər verir ki, Mayk Pens “Pfizer” və “BioNTech” şirkətləri tərəfindən işlənib hazırlanan yeni vaksinin təhlükəsiz və səmərəli olmasına amerikalılarda inam hissini artırmaq məqsədilə birbaşa efirdə peyvəndlənib. Vitse-prezidentin həyat yoldaşı Karen Pens və ABŞ-ın baş cərrahı Cerom Adams da onunla birgə peyvənd ediliblər. Tövsiyələrə müvafiq olaraq, onlar 21 gündən sonra təkrar peyvənd olunacaqlar.

 

Pens başlanan vaksinləşməni tibbi möcüzə adlandırıb, çünki vaksinlərin işlənib hazırlanmasına, istehsalına və paylanmasına orta hesabla 8 ildən 12 ilədək müddət tələb olunur. Bu vaksinlə bağlı halda isə hər şey olduqca sürətlə baş verib.

 

Mayk Pens ölkənin Milli Səhiyyə İnstitutunun, Qida məhsullarının və dərman preparatlarının keyfiyyətinə sanitar nəzarət üzrə ABŞ administrasiyasının və COVID-19 əleyhinə peyvəndlənməyə hazırlıq üzrə “Səsdən sürətli əməliyyat” adlı prezident layihəsinin komandasının gördüyü nəhəng işi qeyd edib.

 

Milad bayramı dövrünün ümid bayramı olduğunu vurğulayan vitse-prezident hesab edir ki, başlanan peyvəndlənmə Amerika xalqına və bütün dünyaya ümid gətirəcək. ABŞ Prezidenti Donald Trampın administrasiyası bundan əvvəl 20 milyon amerikalının dekabrın sonunadək peyvənd ediləcəyini planlaşdırdığını bəyan etmişdi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib