Ağ evin təhlükəsizlik xidməti rəisinin ayağı COVID-19 infeksiyasının ağırlaşması səbəbindən amputasiya edilib
19.12.2020 12:20

Ağ evin təhlükəsizlik xidmətinin rəisi Krid Beylinin ayağı COVID-19 infeksiyasının ağırlaşması səbəbindən amputasiya edilib.

 

Bu, koronavirus infeksiyasının fəsadları ilə bağlı Ağ evlə əlaqədar rəsmi qeydə alınan ən ciddi haldır.

 

K.Beyli COVID-19 infeksiyasına yoluxandan sonra üç ay ərzində İntensiv müalicə şöbəsində olub. Bu barədə ona kömək məqsədilə vəsait toplanması üçün təşkil olunan kampaniyanın nümayəndələri bildiriblər. O, xəstəliyin ağır forması nəticəsində bərpaolunmaz zədələr, o cümlədən sağ ayağının dizdən aşağı və sol ayağının baş barmağının amputasiyasına məruz qalıb.

 

Yardım kampaniyasının sosial şəbəkələrdəki səhifəsində bildirilir ki, bu yaxınlarda bərpa müəssisəsinə köçürülən Beyli indi böyük məbləğdə tibbi xərclərlə üzləşir. O, sentyabrda, koronavirusa yoluxması aşkarlanandan dərhal sonra xəstəxanaya yerləşdirilib.

 

Ağ evin onlarca əməkdaşında və Prezident Donald Trampın müttəfiqlərində COVID-19 infeksiyasının yoxlanması ilə bağlı testin nəticəsinin müsbət olması aşkarlandıqdan sonra xəstəlik daha da yayılıb. Prezident, birinci xanım və onların yeniyetmə oğlu da yoluxanların siyahısında idi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub