KT-dən qorxmayın - Həkim məsləhəti 
17.12.2020 10:45

3 gündən artıq davam edən hərarət, döş qəfəsində, kürəklərdə və bel nahiyədə ağrı, öskürək, halsızlıq, iştahsızlıq, yüngül təngnəfəslik, hava çatışmazlığı, boğulma, saturasiyanın 92-dən aşağı düşməsi şikayətləri varsa, döş qəfəsi orqanlarının KT müayinəsi məsləhətdir.

 

Aztibb.az xəbər verir ki, bunu radioloq həkim Aydın Əliyev deyib. O bildirib ki, bu müayinə xəstənin vəziyyəti ağırlaşmamış, vaxtında tədbir görülməsi üçün lazımdır:

 

“Əgər COVID-19 xəstəliyinin ağırlaşması olarsa, orqanizmə yeridiləcək dərman preparatları KT-dən daha çox ziyan verəcək. Son vaxtlarda çox az şikayətləri olan xəstələr görmüşəm ki, KT müayinəsində 30-40, hətta 50 faiz buzlu şüşə mənzərəsi aşkar edilib.

 

22 ildir şüa diaqnostikası ilə məşğulam və demək olar ki, hər gün şüalanıram, şükürlər olsun, hələ ki, salamatam. Mənim müəllimlərim akademik Rəhim Rəhimov 91 yaş, professor Bahadur Baxşiyev 86 yaş, dosent Mamməd Əliyev 77 yaş yaşadı və hər gün şüa qəbul edirdilər. Almaniyada kursda olarkən oradakı həkim və texniklərin müayinə zamanı rentgen, KT və angioqrafiya aparatlarının yanında durduğunu gördüm. Bunun təhlükəli olub-olmadığını soruşduqda isə “yox” cavabını verdilər. Yəni xəstəliyin bizə vuracağı zərərlə müqayisədə, KT-nin vuracağı ziyan daha azdır".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub