Tibb tələbələri və gənc həkimlərin beynəlxalq onlayn kofransı keçirildi
14.12.2020 18:53
Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə universitetin 90 illik yubileyinə həsr olunmuş onlayn konfrans keçirilib.
Aztibb.az xəbər verir ki, tələbələrin və gənc alimlərin beynəlxalq veb konfransında Azərbaycanın tanınmış ictimai və elm xadimləri ilə yanaşı, xarici ölkələrin tibb nümayəndələri də iştirak ediblər.
ATU TEC-in elmi rəhbəri, professor Amaliya Əyyubovanın giriş sözü ilə başlayan tədbirdə əvvəlcə ATU-nun rektoru, professor Gəray Gəraybəyli təbriklərini səsləndirib. Rektor G.Gəraybəyli 44 gün davam edən Vətən müharibəsində qazanılan möhtəşəm qələbə münasibətilə konfrans iştirakçılarını təbrik edib. “30 ilə yaxındır işğal altında olan torpaqlarımızın azad edilməsi ilə Azərbaycan tarixində yeni mərhələyə qədəm qoyduq” deyən rektor bu zəfəri xalqımıza yaşadan Azərbaycan ordusuna, Ali Baş Komandana təşəkkür edib. Həmçinin, Vətən müharibəsində şəhid olanlara Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.
Professor Gəray Gəraybəyli bu il 90 yaşını qeyd edən Azərbaycan Tibb Universitetinin ölkənin qocaman ali məktəblərindən biri olduğunu xatırladıb. “Azərbaycan Tibb Universiteti ölkəmizin ən böyük təhsil və elm mərkəzlərindən biri kimi tibb elminin inkişafı, intellektual potensialının inkişafına öz töhfəsini verir. Universitetin əsas vəzifəsi Azərbaycan üçün istedadlı və ixtisaslaşmış tibb kadrları yetişdirməkdir ki, bu baxımdan Tələbə Elmi Cəmiyyətinin də üzərinə böyük məsuliyyət düşür. İndiyədək TEC-in təşkilatçılığı və təşəbbüsü ilə hər il beynəlxalq konfranslar, müxəlif bilik yarışları, müsabiqələr təşkil olunub”. Rektor Gəray Gəraybəyli TEC-in təşkil etdiyi növbəti konfransın işinə uğurlar arzulayıb.
Konfransın qonaqları - Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev, Türkiyə Yeditepe Universitesinin Mama-ginekologiya kafedrasının müdiri, Professor Erkut Attar da ATU-nun 90 illiyi münasibətilə konfrans iştirakçılarını təbrik ediblər. Azərbaycanın xalq artisti Mənsum İbrahimov isə təbrik nitqindən sonra gələcəyin həkimləri üçün canlı olaraq “Qarabağ” mahnısını ifa edib.
Tibb tələbələrinin və gənc alimlərin beynəlxalq veb konfransına vaxtilə ATU-nu bitirmiş və hazırda xarici ölkələrin nüfuzlu klinikalarında çalışan həkimlər də qoşulublar. Vaxtilə TEC-in üzvü olan və hazırda Torontoda işləyən Leyla Bağırzadə, Türkiyədə netrocərrah kimi işləyən Orxan Məmmədxanov universitetin yubileyi münasibətilə təbriklərini çatdırıblar.
ATU TEC-in sədri, tibb elmləri doktoru Müsfiq Həsənov isə cəmiyyətin yaranması, tarixi və fəaliyyəti haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib. M.Həsənov TEC tərəfindən təşkil olunan tədbirlər, tələbələrin inkişafına yönəlik layihələr, onlar üçün yaradılan imkanlar barədə danışıb.
Sonra veb konfrans öz işini tələbələr – TEC üzvləri Qəmər Məmmədbəyli, Fidan Bəylərova və Fidan Həsənlinin moderatorluğu ilə işini davam etdirib. Tədbirdə müxtəlif mövzulara aid 14 məruzə dinlənilib. Almaniya, Türkiyə, Rusiyanın fərqli ali məktəbləri - Tümen Tibb Akademiyası, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetindən, Özbəkistan Tacikistan, Qazaxıstandan olan tələbə və gənc həkimlər maraqlı məruzələrlə çıxış ediblər. Sual-cavab sessiyasından sonra isə iştirakçılara ATU TEC-in gələcək planları haqqında məlumat verilib.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

