"Vaksin təqribən 3-6 ay ərzində COVID-19-u keçirmiş xəstələri virusa yenidən yoluxmadan qoruya biləcək"  
07.12.2020 16:51
"Ev şəraitində həkim təyinatı olmadan aparılan müalicələr koronavirusa yoluxmuş ağır xəstələrin sayının artmasına gətirib çıxarır".
 
Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinin rəisi Dr. Tural Sadıqov ARB 24 TV-nin efirində yayımlanan "İşgüzar səhər" verilişində koronavirus xəstələrinin müalicəsi, eləcə də virusla mübarizədə vaksinasiyanın əhəmiyyəti barədə ətraflı məlumat verib. Həkim bildirib ki, vaksinin insanı neçə müddət ərzində koronavirusdan qoruyacağı ilə bağlı dəqiq məlumat hələ ki yoxdur. Bunu yalnız gedişatda müəyyənləşdirmək olar. 
 
Həkimin sözlərinə görə, koronavirus əleyhinə vaksinin təqribən 3-6 ay ərzində COVID-19-u keçirmiş xəstələri virusa yenidən yolxumadan qoruya biləcəyi ehtimal olunur.
 
"Xəstəliyin müalicəsi yalnız həkimin göstərişi ilə olmalıdır", - deyən T.Sadıqov son zamanlar ağır xəstələrin sayının artmasına səbəbin qeyri-düzgün müalicə olduğunu söylədi. Göstəriş olmadan antibiotiklərdən, müxtəlif preparatlardan istifadənin mənfi nəticələr verdiyini dedi.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama