Karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris müəssisəsi aşkar edilib
05.12.2020 16:35

Sumqayıt şəhərində Operativ Qərərgahın tələb və göstərişlərinə zidd olaraq şagirdlərə yerində hazırlıq keçən tədris mərkəzi aşkar edilib. 

 

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər sakini Taleh Mənsimova məxsus “Lider” hazırlıq kursunun qanunsuz olaraq fəaliyyət göstərdiyi müəyyən edilib.

 

Obyektə baxış zamanı şagirlərin sinif otaqlarında sanitar-karantin qaydalarına əks olaraq sosial məsafə gözləmədən tədrisə cəlb olunduqları məlum olub.

 

Görülən tədbirlər nəticəsində kursun direktoru T. Mənsimov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması)  maddəsi isə protokol tərtib edilərək qərar verilməsi üçün məhkəməyə göndərilib. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə həmin şəxs 10 sutka inzibati qaydada həbs edilib.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
TƏBİB tərəfindən patronaj xidmətinin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə təlimçilərin hazırlığı proqramı həyata keçirilib
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti
Həddindən artıq isti hava beyin üçün təhlükə yaradır