Bır sıra ölkələrdə pandemiya ilə bağlı SON VƏZİYYƏT
30.11.2020 11:08

Böyük Britaniyada son sutkada 12 min 155 nəfərdə koronavirusa yoluxma aşkarlanıb, 215 nəfər isə ölüb.

 

Ölkə ərazisində pandemiya başlayandan bəri ümumi yoluxma sayı 1 617 327, ölüm sayı isə 58245-dir.

 

Fransada son sutkada koronavirusa yoluxanların sayı 9784-ə yüksəlib, xəstəxanalarda isə 198 nəfərin ölümü qeydə alınıb.

 

Epidemiyanın başlanğıcından bəri ölkədə yoluxanların ümumi sayı 2 milyon 218 min nəfəri keçib, 52,3 mindən çox insan ölüb. 

 

Türkiyədə son sutka ərzində koronavirusdan 185 nəfər dünyasını dəyişib.

 

Son 24 saatda 168 212 nəfər koronavirus testindən keçib, 6439 xəstənin COVID-19 testi pozitiv çıxıb. Ümumilikdə isə simptomları müəyyən edilməyən xəstələrlə birlikdə 29 281 nəfər COVID-19 şübhəlisi olaraq qeydiyyata alınıb. Ölkədə koronavirusdan sağalanların sayı 400 min 242-ə yüksəlib.

 

Rusiyada son bir gündə daha 26 338 nəfərə COVID-19 diaqnozu qoyulub.

 

Beləliklə, Rusiyada koronavirusa yoluxanların sayı 2 295 654 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 368 nəfər artaraq 39 895-ə yüksəlib.

 

Gürcüstanda son sutka ərzində COVID-19 infeksiyasına 3 216 yoluxma halı qeydə alınıb, 37 nəfər bu virusdan vəfat edib.

 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 135 584 nəfərə, ölənlərin sayı isə 1 267 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 113 986 nəfəri sağalıb.

 

Ermənistanda isə daha 356 nəfər koronavirusa yoluxub. Son 24 saat ərzində 22 nəfər ölüb.

 

Ökədə indiyədək COVID-19-a yoluxanların sayı 135 124 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 2 164 nəfərə çatıb.

Ermənistanda xəstəlikdən sağalanların sayı 108 442 nəfərdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub