BDU-da “COVID-19-un insan həyatına təsiri və zərərləri” mövzusunda onlayn tədbir
29.11.2020 17:11

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya, Mexanika-riyaziyyat, Kimya və Biologiya fakültələrinin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə “COVID-19-un insan həyatına təsiri və zərərləri” mövzusunda onlayn tədbir keçirilib.

 

BDU-dan Aztibb.az-a bildirilib ki, tədbirdə Sosial elmlər və psixologiya fakültəsi TGT sədri Cəfər Gözəlov koronavirus pandemiyası, virusun ümumi əlamətləri, sosial və psixoloji təsiri haqqında məlumat verib. Sonra fakültənin TGT sədr müavini Nərmin Heydərova koronavirusun insanlara psixoloji təsiri barədə danışıb. O, tələbələrə karantin müddətində onlayn sosial və akademik fəaliyyətlər haqqında məlumat verib.

 

Mexanika-riyaziyyat fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Katya İbrahimli COVID-19 infeksiyasına yoluxanların ölkəmizdəki statistikası haqqında təqdimatı tələbələrə təqdim edib.

 

Kimya fakültəsinin TGT sədri Əli Qədirli isə koronavirusun kimyəvi tərkibi haqqında çıxış edərək infeksiyanın spesifik xüsusiyyətlərindən bəhs edib. Şərqşünaslıq fakültəsinin TGT sədri İmran Sayılov koronavirus pandemiyası haqqında dünyada yayılan xəbərləri və xəstəliyin riskləri barədə məlumatı tələbələrlə bölüşüb.

 

Sonda Biologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Vüsal Məmmədrəhimovun COVID-19 infeksiyasının insan orqanizminə təsiri haqqında çıxışı dinlənilib.

 

Tədbirdə tələbələrin çoxsaylı sualları cavablandırılıb, maraqlı faktlar müzakirə olunub.

 

“Microsoft Teams” platforması üzərindən baş tutan tədbirdə 250 nəfərə yaxın tələbə qatılıb.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
 Quba RMX-da 0–3 aylıq körpələrin planlı profilaktik müayinələri həyata keçirilir   
 Kolonoskopiyadan qorxmağa dəyərmi?   
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
 “Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda regional praktik təlim keçirilib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
Neftçalada
 Mədə-bağırsaq qanaxmaları endoskopik üsulla necə dayandırılır?   
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında kadr təyinatı
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
 Qəbələ RMX-da növbəti ağır cərrahi əməliyyat uğurla icra edilib   
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
İİV infeksiyası ilə mübarizədə yeni yanaşmalar müzakirə olunub