Səhiyyə Nazirliyi COVID-19 virusu ilə mübarizəni gücləndirmək məqsədilə xüsusi İşçi qrup yaradıb
08.07.2020 13:46

Bakı Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova müsahibəsində bildirib ki, ölkədə yayılmış COVID-19 virusunun qarşısını almaq üçün Səhiyyə Nazirliyi tərəfindən əhaliyə göstərilən təcili tibbi yardım və stasionar müalicə xidmətlərinə dəstək vermək məqsədilə ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi haqqında verilmiş tapşırığa əsaslanaraq bir sıra tədbirlər görülüb.

 

Belə ki, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində atılan addımlardan biri Səhiyyə Nazirliyi nəzdində 29 iyun 2020-ci il tarixindən etibarən fəaliyyətinə başlayan İşçi qrupun yaradılmasıdır. Bu qrupun fəaliyyəti bilavasitə Azərbaycan Respublikası Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən idarə edilir. İşçi qrupu Bakı Baş Səhiyyə İdarəsinin və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin rəhbər heyəti və aparıcı mütəxəssisləri təmsil edir.

 

Hazırda Bakı şəhərində rayonlar üzrə uşaq və böyüklər üçün şəhər poliklinikaları, birləşmiş şəhər xəstəxanaları və sağlamlıq mərkəzlərindən ibarət 87 tibb müəssisisəsi fəaliyyət göstərir. İşçi qrupu rəhbərliyinin qərarı ilə Bakı Baş Səhiyyə İdarəsinin tabeliyində olan ərazi bölgüsü əsasında həmin 87 tibb müəssisəsini əhatə edən COVID-19-la mübarizə məqsədi ilə 39 ərazi tibb məntəqəsi yaradılıb. Bu məntəqələrin əsas öhdəliyi COVID-19 virusuna yoluxmuş simptomsuz və yüngül keçirən xəstələrin ev şəraitində müayinə və müalicəsini təmin etməkdir. Səhiyyə Nazirliyi nəzdində yaradılmış İşçi qrupun vəzifələrinə həmin ərazi tibb məntəqələrinin işinin düzgün təşkili, işçi heyətinin təlimatlandırılması, iş prosesinin idarəedilməsi, koordinasıyası, monitorinqi və keyfiyyətə nəzarət aiddir.

 

Baş Səhiyyə İdarəsinin rəisi N.Veysova müsahibə zamanı qeyd edib ki, ölkədə yoluxma sayının azaldılması məqsədilə çoxsaylı tədbirlər görülür və ictimaiyyət Səhiyyə Nazirliyi tərəfindən atılan bütün addımlar barədə mütamadi olaraq məlumatlandırılır. Bununla yanaşı, N.Veysova bilavasitə şəhər sakinlərinə müraciət edib: “Ölkəmiz çətin günlər yaşayır və bu vəziyyətdən çıxış yolu tapmaq hər bir Azərbaycanlının vətəndaşlıq borcudur. Xalqımızdan güclü və məsuliyyətli olmağını gözləyirik. Biz də tibb heyəti olaraq əlimizdən gələn peşə və vətəndaş borcumuzu icra etməyə hazırıq”.

 

Baş Səhiyyə İdarəsinin rəisi vurğulayıb ki, son həftə ərzində COVID-19 virusunun müayinə və müalicəsi məqsədilə şəhər sakinlərinin poliklinikalara axınının çoxalması virusun yayılmasına səbəb ola bilər və bu səbəbdən virusa yoluxma şübhəsi olan vətəndaşlara xahiş edirik ki, poliklinikalara getməkdən çəkinsinlər və ilkin məsləhət və müayinə üçün telefon zəngi vasitəsilə sahə poliklinikaları ilə əlaqə saxlasınlar.

 

Qeyd edək ki, sahə poliklinikalarının əlaqə nömrələrinin siyahısı Səhiyyə Nazirliyinin saytında yerləşdirilib.

 

ÇOX OXUNANLAR
AMEA-da akademik Vəli Axundovun 110 illiyi qeyd edilib
Təcrübəli infeksionist Nəzakət Salmanova vəfat edib
Həmkarımızın psixoloji tükəndiyini necə anlayaq?
 Mərkəzi Klinikaya xadimə vəzifəsinə işçilər tələb olunur
Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının mütəxəssisləri tərəfindən loqoped xidməti təşkil olunub
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
 Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub   
Azərbaycan Pediatrlar Assosiasiyası xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti sosial-mədəni və tibbi aksiya həyata keçirib
İnkişaf, tərəqqi, sülh və təhlükəsizlik bəyannaməsi  
Bel ağrılarından sığortalanmağın ən effektiv yolu – İspaniyalı travmotoloq izah etdi
Salyan Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində “Mavi kod” simulyasiya təlimi keçirilib
 Tərtər RMX tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir   
Buz adamda canlı mikroblar aşkar edilib
Varikosel diaqnozu ilə müraciət edən pasiyent üzərində uğurlu cərrahi əməliyyat icra edilib - Tədris Cərrahiyyə Klinikası