Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yeni psixoloq həkim təyin olunub.
Aztibb.az xəbər verir ki, Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yeni təyin olunmuş psixoloq Könül Nizami qızı Tahirova 2003-cü ildə Qəbələ rayonunda anadan olub. 2020-ci ildə Bakı Dövlət Universitetinə daxil olub, 2024-cü ildə Psixologiya ixtisası üzrə bakalavr təhsilini başa vurub. 2024-cü ildə Azərbaycan Tibb Universitetinin magistratura pilləsinə daxil olub, 2026-cı ildə Klinik (tibbi) psixologiya ixtisası üzrə magistratura təhsilini başa vuraraq magistrlik dissertasiyasını uğurla müdafiə edib.
2025–2026-cı illərdə Psixi Sağlamlıq Mərkəzində psixoloq vəzifəsində çalışıb. Könül Tahirova peşə fəaliyyəti ilə bağlı müxtəlif elmi konfranslarda, seminarlarda və beynəlxalq təlimlərdə iştirak edib.
23 noyabr 2026-cı il tarixindən Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində psixoloq həkim vəzifəsində fəaliyyət göstərir.

