İsmayıl Əfəndiyev UNEC-də narkomaniyanın profilaktikasına həsr olunmuş maarifləndirici tədbirdə çıxış edib
28.11.2026 08:59

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə tələbələr üçün narkomaniyanın profilaktikasına həsr olunmuş maarifləndirici tədbir keçirilib.

 

Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində təşkil olunub.

 

Bu məlumat Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından verilib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent, tibb xidməti polkovnik-leytenantı İsmayıl Əfəndiyev çıxış edərək narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə mənfi təsiri, narkotik asılılığının yaranma mexanizmləri və tibbi-sosial fəsadları, müasir sintetik narkotiklərin yaratdığı təhlükələr barədə tələbələrə ətraflı məlumat verib.

 

Çıxış zamanı gənclər arasında narkomaniyanın profilaktikasında maarifləndirmənin, sağlam həyat tərzinin təşviqinin və zərərli vərdişlərdən qorunma yolları barədə məlumatlılığın artırılmasının xüsusi əhəmiyyəti vurğulanıb. Bu cür maarifləndirici tədbirlərin keçirilməsi gənclərin sağlamlığının qorunmasına, narkomaniyaya qarşı mübarizənin gücləndirilməsinə və sağlam həyat tərzinin formalaşdırılmasına xidmət edir.

 

 

ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
Salyan RMX-nın rəhbərliyi şəhid ailələrini ziyarət edib
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında kadr təyinatı olub
İtirilmiş ətrafların yenidən bərpasına imkan yarada biləcək gen aşkarlanıb - Elmdə yeni ümid
Alimlər yuxu yaratmadan ağrını azaldan yeni anestetik maddə aşkar ediblər
ATU-nun Böyük Elmi Şurasında universitetin inkişaf prioritetləri və mühüm qərarlar müzakirə olunub
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Şəfa görmək istəyən Naftalana gəlsin   
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
Yeni Klinikada “Təhlükəsiz sterilizasiya: nəzəriyyədən praktikaya
Xroniki iltihabı artıra bilən 5 qida qrupu
Şəkərli diabetin yaranma səbəbləri, əsas əlamətləri və profilaktikası
Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzinin bir illik fəaliyyətinin nəticələri açıqlanıb