Bakı Slavyan Universitetində “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib  
28.11.2026 10:36
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı Slavyan Universitetinin müəllim və tələbələri üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim təşkil edilib.
 
İSİM-dən Aztibb.az-a verilən məlumata görə, təlimin məqsədi müəllim və tələbələrin fövqəladə hallar zamanı düzgün və operativ davranış qaydaları barədə məlumatlılığını artırmaq, onlarda ilkin yardım göstərilməsi üzrə zəruri bilik və bacarıqları formalaşdırmaq olub.
 
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova iştirakçılara ürək-ağciyər reanimasiyası, yara, qanaxma, yanıq, zəhərlənmə, sınıq, epilepsiya zamanı ilk yardım qaydaları haqqında nəzəri və praktiki məlumatlar verib.
 
Təlim çərçivəsində keçirilən simulyasiya məşğələlərində tələbələr xüsusi təlim mulyajlarından istifadə edərək ilk yardım üsullarını praktiki şəkildə mənimsəyiblər.
 
Yekunda iştirakçılara İSİM tərəfindən hazırlanaraq çap edilmiş maarifləndirici materiallar təqdim olunub.
ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
Salyan RMX-nın rəhbərliyi şəhid ailələrini ziyarət edib
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında kadr təyinatı olub
İtirilmiş ətrafların yenidən bərpasına imkan yarada biləcək gen aşkarlanıb - Elmdə yeni ümid
Alimlər yuxu yaratmadan ağrını azaldan yeni anestetik maddə aşkar ediblər
ATU-nun Böyük Elmi Şurasında universitetin inkişaf prioritetləri və mühüm qərarlar müzakirə olunub
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Şəfa görmək istəyən Naftalana gəlsin   
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
Yeni Klinikada “Təhlükəsiz sterilizasiya: nəzəriyyədən praktikaya
Xroniki iltihabı artıra bilən 5 qida qrupu
Şəkərli diabetin yaranma səbəbləri, əsas əlamətləri və profilaktikası
Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzinin bir illik fəaliyyətinin nəticələri açıqlanıb