Tələbələr İİV və QİÇS-dən qorunma yolları və müalicə imkanları barədə məlumatlandırılıb
28.11.2026 14:52
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Sağlam gələcək sənin əlindədir" adlı maarifləndirmə aksiyası təşkil edib.
 
Mərkəzdən Aztibb.az-a bildirilib ki, fəaliyyət planına uyğun olaraq və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının zərərli dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2026–2030-cu illər Dövlət Proqramının icrası İİV/QİÇS və narkomaniyanın fəsadlarına həsr olunmuş maarifləndirici tədbirlər üçün nəzərdə tutulub.
 
Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Samirə Vəliyeva xüsusi təqdimatla çıxış edərək İnsanın İmmunçatışmazlığı Virusu (İİV), Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS), yoluxma yolları, qorunma üsulları və müalicə imkanları haqqında ətraflı məlumat verib.
 
Gənclər sağlam həyat tərzinə üstünlük verməyə və məsuliyyətli davranmağa çağırılıb, həmçinin narkomaniyanın fəsadlarından danışılıb.
 
Tədbir interaktiv formatda davam edib, tələbələrin sualları cavablandırılıb, sonda maarifləndirici broşür və bukletlər paylanıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
Salyan RMX-nın rəhbərliyi şəhid ailələrini ziyarət edib
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında kadr təyinatı olub
İtirilmiş ətrafların yenidən bərpasına imkan yarada biləcək gen aşkarlanıb - Elmdə yeni ümid
Alimlər yuxu yaratmadan ağrını azaldan yeni anestetik maddə aşkar ediblər
ATU-nun Böyük Elmi Şurasında universitetin inkişaf prioritetləri və mühüm qərarlar müzakirə olunub
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Şəfa görmək istəyən Naftalana gəlsin   
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
Yeni Klinikada “Təhlükəsiz sterilizasiya: nəzəriyyədən praktikaya
Xroniki iltihabı artıra bilən 5 qida qrupu
Şəkərli diabetin yaranma səbəbləri, əsas əlamətləri və profilaktikası
Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzinin bir illik fəaliyyətinin nəticələri açıqlanıb