Şagirdlərə zərərli vərdişlərin sağlamlığa mənfi təsirləri izah olunub  
25.11.2026 12:28
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində Bakı şəhəri üzrə 158 nömrəli tam orta məktəbdə “Zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
 
İSİM-dən Aztibb.az-a bildirilib ki, mərkəzin Monitorinq və təhlil şöbəsinin həkim-metodisti Afaq Allahyarova geniş təqdimatla çıxış edib. O, zərərli vərdişlərin fəsadları barədə ətraflı məlumat verib və şagirdləri sağlam həyat tərzi seçməyə çağırıb.
 
Tədbir interaktiv müzakirələrlə davam edib, iştirakçılara İSİM tərəfindən hazırlanaraq çap edilmiş maarifləndirici materiallar təqdim olunub.
 
Qeyd edək ki, tədbir “Sağlamlığı təşviq edən məktəblər” layihəsinə cəlb olunmuş təhsil müəssisəsində təşkil edilib.
 
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education) layihəsinin əsas məqsədi sağlamlığın təbliğini, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını həyata keçirmək, məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına yardım göstərməkdir. Şəbəkənin sağlam həyat tərzinin təbliği istiqamətində təcrübə və tövsiyələri Azərbaycan məktəblərində 2018-ci ildən başlayaraq həyata keçirilir.
ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
Şəfa görmək istəyən Naftalana gəlsin   
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri