115 kiloqram çəkisi və təxminən 46 bədən kütlə indeksi olan qadın üzərində bariatrik əməliyyat icra olunub
26.11.2026 10:27

ATU-nun II cərrahi xəstəliklər kafedrasının professoru Tədris Cərrahiyyə Klinikasının ümumi və bariatrik cərrahı Elçin Abdinov tərəfindən 51 yaşlı, 115 kiloqram çəkisi və təxminən 46 bədən kütlə indeksi olan qadın pasiyent üzərində bariatrik əməliyyat icra olunub.

 

Klinikadan Aztibb.az-a verilən xəbərə görə, pasiyentdə piylənmə ilə yanaşı, qaraciyər piylənməsi, II tip şəkərli diabet, diafraqmal yırtıq və digər yanaşı xəstəliklər də mövcud olub.

 

Əməliyyat zamanı mədənin kiçildilməsi ilə yanaşı, diafraqmal yırtıq da eyni seansda aradan qaldırılıb. Həkimin sözlərinə görə, müdaxilədən sonra pasiyentin çəkisinin azalması ilə yanaşı, şəkərli diabet və digər metabolik xəstəliklərin gedişində də müsbət dəyişikliklərin əldə olunacağı gözlənilir.

 

Əməliyyatdan təxminən iki saat sonra pasiyent ayağa qaldırılaraq hərəkət etdirilir, növbəti gündən isə duru qidalarla qidalanmağa başlanılır. Üç gün klinik müşahidədə saxlanıldıqdan sonra evə buraxılan pasiyentə səkkiz həftəlik mərhələli qidalanma proqramı təqdim olunur. Bu müddətdə duru qidalardan tədricən daha qatı qidalara keçid təmin edilir. Bariatrik cərrahiyyə yalnız çəki azalmasına deyil, piylənmə ilə əlaqəli bir sıra metabolik xəstəliklərin gedişinə də müsbət təsir göstərə bilər.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
Şəfa görmək istəyən Naftalana gəlsin   
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri