Payız mövsümündə astma tutmalarını artıran amillər hansılardır? – Pulmonoloqdan tövsiyələr  
21.11.2026 16:52
Payız fəslində havanın temperaturunun dəyişməsi, soyuq və rütubətli hava, eləcə də mövsümi respirator infeksiyalar bronxial astma xəstəliyindən əziyyət çəkən insanlarda tutmaların artmasına səbəb ola bilər.
 
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-pulmonoloqu Elxan Cəfərov Aztibb.az-a payız mövsümündə bronxial astma tutmalarını artıran amillər və xəstəliyin kəskinləşməsinin qarşısının alınması yolları barədə məlumat verib.
 
Həkim bildirib ki, bronxial astma tənəffüs yollarının xroniki iltihabi xəstəliyidir. Bu xəstəlik zamanı bronxlar həssaslaşır, daralır və nəticədə xəstələrdə öskürək, xırıltılı nəfəsalma, sinədə sıxılma və nəfəs darlığı yaranır.
 
Onun sözlərinə görə, payız mövsümündə temperaturun kəskin dəyişməsi, soyuq hava, toz, kif göbələkləri və mövsümi virus infeksiyaları astma tutmalarını tətikləyən əsas amillərdəndir. Xüsusilə soyuq havanın birbaşa tənəffüs yollarına təsiri bəzi xəstələrdə bronxların daralmasına səbəb ola bilər. Tütün tüstüsü və digər hava çirkləndiriciləri də xəstəliyin gedişinə mənfi təsir göstərir.
 
"Astma xəstələrinə tövsiyəm odur ki, payız aylarında öz sağlamlıqlarına daha diqqətlə yanaşsınlar. Soyuq havada ağız və burun nahiyəsini şərflə qorumaq, toz və digər allergenlərlə təması azaltmaq, respirator infeksiyalardan qorunmaq vacibdir. Eyni zamanda, həkim tərəfindən təyin edilmiş müalicə rejiminə ciddi əməl edilməli, dərmanların qəbulu özbaşına dayandırılmamalıdır.
Öskürək, xırıltılı nəfəsalma və nəfəs darlığı kimi əlamətlər gücləndikdə vaxtında həkimə müraciət etmək lazımdır. Ağır nəfəs darlığı zamanı isə təcili tibbi yardım çağırılmalıdır.
Unutmaq olmaz ki, bronxial astma düzgün müalicə və mütəmadi tibbi nəzarətlə idarə oluna bilən xəstəlikdir. Vaxtında müayinə və müalicəyə əməl etmək xəstəliyin kəskinləşməsinin qarşısını almağa və həyat keyfiyyətini qorumağa kömək edir", - deyə Elxan Cəfərov əlavə edib.
ÇOX OXUNANLAR
 Mərkəzi Gömrük Hospitalının patomorfoloqları 35-ci Milli Patologiya Konqresində iştirak ediblər   
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
 Azərbaycan Tibb Universiteti kafedralar üzrə vakant yerlərə müsabiqə elan edib   
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
8 yaşlı pasiyent üzərində mürəkkəb rekonstruktiv əməliyyat icra olunub
 Cəbrayıl RMX-da mövsümi qripə qarşı vaksinasiya prosesinə başlanılıb   
Vətəndaşlar üçün tibbi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi imkanı yaradılıb