Şəhidlər xiyabanında qəhrəmanlarımızın əziz xatirəsi yad edilib
06.11.2026 11:00

Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndələri xalqımızın azadlığı, suverenliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini yad etmək məqsədilə Şəhidlər xiyabanını ziyarət edib.

 

Bu barədə Aztibb.az-a ATU-dan bildirilib.

 

Qeyd olunub ki, ziyarət zamanı ATU-nun Hərbi tibb fakültəsinin bir qrup şəxsi heyəti, o cümlədən zabit, müəllim və kursant heyəti 44 günlük Vətən müharibəsində misilsiz rəşadət göstərərək şəhidlik zirvəsinə ucalan əziz həmvətənlərimizin, həmçinin döyüş meydanında yaralı əsgər və zabitlərimizə tibbi xidmət göstərərək qəhrəmancasına həlak olan hərbi tibb işçilərinin məzarlarına baş çəkib. Məzarlar üzərinə güllər düzülüb, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

44 günlük Vətən müharibəsində hərbi həkimlər və tibb xidməti əməkdaşları ön cəbhədə atəş altında gecə-gündüz fədakarlıqla çalışaraq minlərlə döyüşçünün həyatını xilas edib, adlarını zəfər tariximizə qızıl hərflərlə yazdırıblar.

Gələcəyin hərbi həkimləri olan kursantlar üçün bu cür ziyarətlər vətənpərvərlik ruhunun yüksəldilməsi, hərbi andına və peşə borcuna sədaqətin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
 Ağdərə rayonunun Həsənriz kəndində sakinlər üçün səyyar tibbi xidmət təşkil olunub   
 Ağdaşın Ağzıbir və Qaradağlı kəndlərində aksiya: Vətəndaşlara 105 tibbi xidmət göstərilib   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
 “Həkimlərimizi tanıyaq!” rubrikası regionlarda çalışan tibb işçilərini tanıtmaqda davam edir!