Şuşa Rayon Mərkəzi Xəstəxanasında Zəfər Günü qeyd olunub
06.11.2026 14:50

Bakı şəhərində fəaliyyət göstərən Şuşa Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

 

Bu məlumat Aztibb.az-a Şuşa RMX-dan verilib.

 

Bildirilib ki, tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra xəstəxananın direktoru Mətanət Bünyadova, II Qarabağ müharibəsi qazilərinin anaları Hüsniyyə Ələkbərova və Vəzifə Qurbanova, eləcə də İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Gülgün Gündüz çıxış ediblər.

 

Çıxışlarda Zəfər tariximizin əhəmiyyəti, Vətən uğrunda göstərilən qəhrəmanlıq və milli birliyimizin gücü vurğulanıb. İştirakçılar 8 Noyabr – Zəfər Günü münasibətilə hər kəsi qürur və fəxarət hissi ilə təbrik ediblər.

 

Tədbirdən sonra xəstəxananın kollektivi Bakı şəhərində yerləşən 8 Noyabr abidəsini və 44 günlük Vətən müharibəsinə həsr olunmuş muzeyi ziyarət edərək Zəfər tariximizin unudulmaz səhifələrini ehtiramla yad ediblər.

 

ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
 Ağdərə rayonunun Həsənriz kəndində sakinlər üçün səyyar tibbi xidmət təşkil olunub   
 Ağdaşın Ağzıbir və Qaradağlı kəndlərində aksiya: Vətəndaşlara 105 tibbi xidmət göstərilib   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
 “Həkimlərimizi tanıyaq!” rubrikası regionlarda çalışan tibb işçilərini tanıtmaqda davam edir!