Quru meyvələrin tez-tez yeyilməsinin sağlamlığa FAYDALARI - ARAŞDIRMA 
26.11.2020 13:37

Tədqiqatçılar qurudulmuş meyvə (quru meyvə) yeyən insanların yeməyənlərə nisbətən daha sağlam olduqlarını müəyyən edib.

 

Aztibb.az Medikforum.ru-ya istinadən xəbər verir ki, tədqiqatda 25 590 nəfər iştirak edib. İştirakçılar quru meyvələr yedikləri günlərdə qəbul etdikləri digər bütün qidaların da siyahısını təqdim ediblər. 

 

Bundan başqa iştirakçıların bədən kütlə indeksi, bel ölçüləri və qan təzyiqi, həmçinin pəhrizlərinin ümumi keyfiyyəti daxil olmaqla kardiometabolik sağlamlığı barədə məlumatlar toplanıb.

 

Verilənləri təhlil etdikdən sonra tədqiqatçılar ortalama olaraq anketdə quru meyvə istehlak etdiklərini bildirən insanların yeməyənlərə nisbətən daha sağlam pəhrizlə qidalandıqlarını aşkarlayıb.

 

Onların bədən kütlə indeksi, bel ətrafı ölçüsü və sistolik qan təzyiqi də aşağı olub.

 

Bundan əlavə, tədqiqatçılar qurudulmuş meyvə yedikləri günlərdə iştirakçıların daha çox karbohidrat, lif, kalium, doymamış yağ istehlak etdiklərini müəyyənləşdirib.

 

Qeyd edilib ki, qurudulmuş meyvələr qəlyanaltı kimi də əla seçim ola bilər. Porsiyanı müəyyən etmək çətindir. Suyu çıxarılmış olduğuna görə qurudulmuş meyvələr bir hissəsi təzə meyvələrin bir hissəsindən kiçikdir. Ancaq unutmayaq ki, qurudulmuş meyvələr insanlara potensial olaraq daha çox meyvə istehlak etmələrinə kömək edə bilər, çünki onlar portativdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib