Azərbaycan Tibb Universitetinin nümayəndələri şəhid polkovnik-leytenant Nail Orucovun xatirəsini ehtiramla yad edib  
07.11.2026 09:04
Azərbaycan Respublikasında qeyd olunan möhtəşəm Zəfər bayramı ilə əlaqədar Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsi tərəfindən silsilə tədbirlər davam etdirilir.
 
Universitetdən Aztibb.az-a bildirilib ki, tədbirlər planına uyğun olaraq, bir qrup şəxsi heyət fakültənin V kurs kursantı, Ruslan Orucovun atası – Vətən müharibəsi şəhidi polkovnik-leytenant Nail Rəfail oğlu Orucovun Astara rayonunda anım tədbirində iştirak edib. Ziyarət zamanı məzarüstü abidənin önünə tər güllər düzülüb, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi dərin ehtiram və minnətdarlıqla yad edilib.
 
Anım tədbiri çərçivəsində nümayəndə heyəti şəhid Nail Orucovun ev muzeyini də ziyarət edib. Muzeydə şəhidin keçdiyi şərəfli döyüş və həyat yolu, həmçinin hərbi xidmətdəki nümunəvi fəaliyyəti haqqında geniş məlumat verilib. Görüş zamanı şəhidin ailə üzvləri ilə səmimi söhbətlər aparılıb.
 
Qeyd olunub ki, Vətən uğrunda fədakarlıq göstərən qəhrəmanlarımızın unudulmaz xatirəsi hər bir Azərbaycan vətəndaşının, xüsusilə də gənc hərbi qulluqçuların və kursantların qəlbində əbədi yaşayacaq, gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbi olacaq.
ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 “Həkimlərimizi tanıyaq!” rubrikası regionlarda çalışan tibb işçilərini tanıtmaqda davam edir!
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
 Ağdaşın Ağzıbir və Qaradağlı kəndlərində aksiya: Vətəndaşlara 105 tibbi xidmət göstərilib   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır